Küləkli havada iş qaydaları dəyişir
Açıq havada çalışanlarla bağlı Əmək Məcəlləsinə dəyişiklik hazırlanıb. Külək 8 balı keçdikdə kranlarla bütün işlərin dayandırılması təklif olunurAzərbaycanda küləkli hava şəraitində açıq iş yerlərində əməyin tənzimlənməsi, həmçinin quruda istismar olunan kranlarla işlərin dayandırılması şərtlərinin dəqiqləşdirilməsi təklif olunur.
Marja.az xəbər verir ki, bu, Milli Məclisin saytında dərc edilmiş Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində nəzərdə tutulur.
Layihəyə əsasən, küləyin gücü 6 baldan 8 baladək olduqda quruda istismar olunan kranlarla işlərin görülməsinə yalnız həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək.
Küləyin gücü 8 baldan artıq olduqda isə bu kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq.
Küləkli havada açıq iş yerləri də əhatə olunacaq
Əmək Məcəlləsinin 233-cü maddəsinin adına və mətninə küləkli hava şəraiti ilə bağlı əlavələr təklif edilir. Dəyişiklik açıq şəraitli iş yerlərini, o cümlədən həmin iş yerləri üzrə qurğuları əhatə edəcək.
Məcəllənin işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtlərini müəyyənləşdirən 2-ci əlavəsinin adına da küləkli hava şəraitinin daxil edilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
- 16 d. əvvəl
- 26 d. əvvəl
-
38 d. əvvəl
Sahibsiz Heyvanlara Qayğı Mərkəzi ili 627 min manat mənfəətlə başa vurub
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda it və pişiklərə pasport almaq 50 faiz bahalaşır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Vergi bəyannaməsini yalnız 3 dəfə düzəltməyə icazə veriləcək – Yeni qayda
-
1 saat əvvəl
Biznesini böyüdən sahibkarlar ödədikləri vergilər qədər güzəşt əldə edə biləcəklər
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Azeronline” Heyva Festivalının rəqəmsal tərəfdaşıdır ®
Azərbaycanda it və pişiklərə pasport almaq 50 faiz bahalaşır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Ağıllı saatlara da vergi qoyulur
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Ağ Şəhərin Fəvvarələr Meydanı Passajında kafe açılır
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
























