Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir

Azərbaycan 9-cu Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir
AzVak-mobil_resmin_ustu_31
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
iç səhifə xəbər şəkil altı (mobil)_32

9-cu Çin Beynəlxalq İdxal Sərgisində Azərbaycanın əlverişli biznes və investisiya mühiti, potensial investisiya layihələri, həmçinin “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullar nümayiş olunur. 

Şanxay şəhərində Çinin Ticarət Nazirliyi, Şanxay Xalq Hökuməti və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun təşkilatçılığı ilə 9-cu Çin Beynəlxalq İdxal Sərgisi (China International Import Expo – “CIIE 2026”) keçirilir. Azərbaycan sərgidə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə vahid ölkə və kommersiya stendləri ilə təmsil olunur.

Reklam_3_11

Ölkə stendində Azərbaycanın iqtisadi inkişafı, turizm imkanları, biznes və investisiya mühiti barədə məlumat verilir, potensial investisiya layihələri və tematik videoçarxlar təqdim edilir. Həmçinin Azərbaycan mədəniyyətini tanıtmaq məqsədilə qeyri-maddi mədəni irs nümunələrimiz, o cümlədən milli geyimlərimiz, mətbəximiz nümayiş olunur. 

“Made in Azerbaijan” stendində isə Azərbaycanın 12 şirkətinin və “İstisu” mineral su zavodunun məhsulları təqdim olunur. Stenddə şərablar və digər alkoqollu və alkoqolsuz içkilər, qənnadı məhsulları, konservləşdirilmiş məhsullar, un məmulatları, eləcə də digər ərzaq məhsulları nümayiş olunur. Həmçinin, stenddə yerli şirkət nümayəndələri ilə xarici tərəfdaşlar arasında işgüzar müzakirələrin keçirilməsi üçün şərait yaradılıb. 

Sərgi noyabrın 10-dək davam edəcəkdir.  

Made in Azerbaijan Azərbaycan məhsulları Çin Beynəlxalq İdxal Sərgisi CIIE 2026 Şanxay sərgisi Azərbaycan Çin ticarət əlaqələri Azərbaycan ixracı Çin bazarı İstisu mineral su Azərbaycan şərabları qida məhsullarının ixracı Azərbaycanın investisiya mühiti İqtisadiyyat Nazirliyi Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyi Azərbaycan şirkətləri ixrac bazarları.
06.11.2026 16:29
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19