SOCAR Türkiyədəki NEZ-in istehsal gücünü 13 milyon tona çatdıracaq
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan STAR Neft Emalı Zavodunun illik istehsal gücünü 2024-cü ildə 13 milyon tona çatdırılması planlaşdırılır.
Bunu SOCAR-ın Türkiyədəki Neft emalı və neft-kimyası bölməsinin (Turkey Refining and Petrochemical Business Unit) rəhbəri, “Petkim Petrokimya Holding”in baş direktoru vəzifəsini icra edən Kənan Mirzəyev bildirib.
Onun sözlərinə görə, yarandığı gündən STAR Neft Emalı Zavodu neft emalı zavodunun dizaynında optimallaşdırma imkanlarından istifadə etməklə, aşağı investisiya ilə əhəmiyyətli güc artımına nail olunub: “Neft emalı zavodunun gücü 10 milyon tondan 12 milyon tona çatdırılıb. Nəticədə həm “Petkim”, həm də STAR zavodu üçün mövcud bazar şərtlərinə və gözlənilən qlobal tendensiyalara uyğun olaraq müsbət perspektivimiz var”.
O qeyd edib ki, bu təxminlər qlobal iqtisadi və siyasi dinamikadan asılı olaraq dəyişə bilər: “Bununla belə, mövcud məlumatlara əsaslanaraq deyə bilərik ki, şirkətlərimiz öz göstəricilərini qoruyub saxlayır və böyüməyə davam edir”.
K. Mirzəyev vurğulayıb ki, Türkiyənin emal olunmuş neft məhsulları istehsalının təxminən 25 %-ini təşkil edən və 19,5 % daxili bazar payına malik olan STAR 2022-ci ildə uğurlu rentabellik əldə edib: “Bu dinamikanın 2023-cü ildə də davam edəcəyini deyə bilərik. Xüsusilə “Brent” və digər regionlar arasındakı qiymət fərqi bizə xammal baxımından müsbət təsir edib və EBITDA-nın planlaşdırılandan daha yaxşı olmasının əsas səbəbi olub. Bu uğurlu fəaliyyəti 2024-cü ildə də davam etdirməyi hədəfləyirik”.
SOCAR rəsmisinin sözlərinə görə, dünya bazarlarında tələbin durğunluğu və əksər neft-kimya məhsullarına təklifin həddən artıq çox olması 2023-cü ilin birinci yarısında “Petkim”in fəaliyyətinin azalmasına səbəb olub: “İlin ikinci yarısında neft qiymətlərinin artması nafta və “Petkim”in digər məhsul qiymətlərinin artmasına səbəb olduğu üçün şirkət kapital gəlirləri, həm də həyata keçirilən optimallaşdırma strategiyaları baxımından daha müsbət nəticələr göstərib.
2024-cü il üçün şirkət daha müsbət proqnozlar gözləsə də, aydın danışa bilmək üçün ilin sonundakı maliyyə nəticələrimizi görmək lazımdır. 2024-cü ildə həm sektorun, həm də “Petkim”in performansı qlobal faiz siyasəti, Çin başda olmaqla ölkələrdən tələb və enerji qiymətlərindəki dəyişikliklərlə müəyyən ediləcək”.
Qeyd edək ki, “SOCAR Türkiyə”nin Neft Emalı və Neft-Kimya Biznes Bölməsinə STAR NEZ, “Petkim Petrokimya Holding”i, şirkətin ticarət bölməsi olan “SOCAR Ticaret”, neft məhsulları və maye qazın saxlanması bölməsi olan “SOCAR Depolama”, külək elektrik stansiyasının fəaliyyətinə cavabdeh olan “Petkim RES” bölməsi daxildir. STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-da istifadəyə verilib və “Azeri Light”, “Kərkük” və digər neft növlərinin emalı üçün nəzərdə tutulub.
© “Report”
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
- 17 d. əvvəl
-
18 d. əvvəl
Dövlət şirkətlərindən gözlənilən dividendlər 17 milyon manat artırılır
- 21 d. əvvəl
-
32 d. əvvəl
Direktor həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
-
39 d. əvvəl
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
-
41 d. əvvəl
Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq
- 48 d. əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
Ən çox oxunanlar
Azərbaycanda içki istehsalçısının illik satış gəlirləri 7,3 milyon manat artaraq 60 milyon manatı keçib
Xərçəng peyvəndinin müsbət nəticələrinə baxmayaraq, Moderna-nın səhmləri 25%-dək ucuzlaşdı
SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər
"1 kvadratmetri başlayanda 4 min dollar idi, indi 8 min dollardır"


























