CFI 3-cü rübdə 1,55 trilyon dollar ticarət dövriyyəsinə çataraq yeni zirvəyə yüksəlib, sentyabrda isə aylıq rekordunu yeniləyib
Müştəri sayında güclü artım, yüksək loyallıq səviyyəsi, platforma aktivliyi bu rübü sürətli inkişaf və böyük hədəflərlə yaddaqalan edib.Regionun aparıcı onlayn ticarət vasitəçisi olan "CFI Financial Group "yüksəlişini davam etdirərək 2025-ci ilin üçüncü rübünü 1.55 trilyon ABŞ dolları həcmində ticarət dövriyyəsi ilə başa vurub.
Şirkətin yaydığı press-relizdə bildirilir ki, bu, 2025-ci ilin ikinci rübü ilə müqayisədə 3% artım, 2024-cü ilin üçüncü rübü ilə müqayisədə isə təsirli 54% artım deməkdir.
Bu artımı stimullaşdıran əsas amillərdən biri sentyabr ayı ərzində qazanılmış rekord nəticələr oldu – Qrup tarixində ən yüksək aylıq göstəriciyə – 625 milyard ABŞ dollarına çatdı. Bu nailiyyət, Qrupun nəticələrə, texnologiyaya və müştəriyönümlü innovasiyalara olan davamlı sadiqliyini göstəricisidir.
Sabit Müştəri Artımı və Aktivliyi
CFI-ın 2025-ci ilin üçüncü rübü üzrə nəticələri yalnız davamlı ticarət artımını deyil, həm də platformalar üzrə aktivliyin və istifadəçi etimadının əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir:
- Aktiv müştəri sayı illik müqayisədə 28% artıb
- İlin əvvəlindən bu günədək maliyyələşdirilmiş hesabların sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27% artaraq, davam edən müştəri cəlbetmə dinamikasını və uğurlu qeydiyyat prosesini əks etdirir.
Liderlik və Qlobal İnkişafın Əsas Məqamları
2025-ci ilin üçüncü rübü, eyni zamanda, CFI-ın qlobal inkişafı və rəhbərlik komandasında mühüm yeniliklərlə yadda qaldı:
- Daha əvvəl Omar Khaled-in baş marketinq direktoru vəzifəsinə təyin olunması — 15 ildən çox fintex və rəqəmsal transformasiya təcrübəsi ilə o, CFI-ın qlobal brend və inkişaf strategiyasına rəhbərlik edəcək.
- Kolumbiyada nümayəndəlik ofisi açmaq üçün əvvəlcədən əldə olunmuş lisenziya, CFI-ın Latın Amerikası bazarına atdığı ilk addım olmaqla, beynəlxalq miqyasda genişlənmə strategiyasının əhəmiyyətli bir göstəricisidir.
- Bəhreyndə fəaliyyətin rəsmi olaraq başlaması — əvvəlcədən verilmiş lisenziya əsasında atılan bu addım, CFI-ın GCC bölgəsindəki mövcudluğunu genişləndirir və regional əlçatanlıqla xidmət keyfiyyətinə verdiyi önəmi nümayiş etdirir.
Brend Mükəmməlliyinin Davamı
2025-ci ildə əldə edilmiş əvvəlki uğurlar əsasında, CFI qlobal brend tanıtımını dünya səviyyəli səfirlər və strateji tərəfdaşlıqlar vasitəsilə daha da gücləndirməyə davam etdi:
- Luis Hamilton və Mariya Şarapova CFI-ın Qlobal Brend Səfirləri kimi fəaliyyətlərini davam etdirdilər. Onlar dəqiqlik, nəticə yönümlülük və qlobal təsir kimi ortaq dəyərləri təcəssüm etdirirlər.
- Bu ilin əvvəlində Misir Basketbol Federasiyası ilə qurulmuş strateji tərəfdaşlıq, CFI-ın regionda yerli inkişaf və sosial təşəbbüslərinə olan dərin sadiqliyini əks etdirir.
- CFI üçüncü rübdə iki əsas mükafata layiq görüldü:
- İlin Ticarət Platforması – Finance ME 2025
- Ən Yaxşı İş Yeri – Asiya Regionu 2025
Bu mükafatlar CFI-ın səlahiyyətləndirmə və mükəmməllik mədəniyyətini qeyd edir.
Ziyad Məlhəm, CFI Qrupun baş direktoru, qeyd edib:
“Bu rüb sübut etdi ki, CFI təkcə böyümür, eyni zamanda daha güclü əlaqə, daha çevik genişlənmə və daha kəskin icra qabiliyyəti ilə sürətlənir. 2025-ci ilin son mərhələsinə daxil olarkən, əsas məqsədimiz xidmət etdiyimiz hər bir bazarda müştəri yönümlü ticarət təcrübələrini geniş miqyasda təqdim etməkdir.”
2025-ci il ərzində CFI innovasiyanı miqyaslamağa, bazar iştirakını genişləndirməyə və artmaqda olan qlobal müştəri bazası üçün dünya səviyyəli ticarət təcrübələri təqdim etməyə fokuslanmış olaraq qalır.
CFI haqqında:
1998-ci ildə təsis olunmuş CFI Financial Group, 25 ildən artıq təcrübəsi ilə MENA regionunun aparıcı onlayn ticarət brokeridir. London, Əbu-Dabi, Dubay, Keyptaun, Bakı, Beyrut, Amman, Qahirə, Küveyt və Bəhreyn kimi əsas mərkəzlərdən fəaliyyət göstərən CFI həm qlobal, həm də yerli bazarlara fasiləsiz çıxış imkanı təqdim edir.
CFI səhmlər, valyutalar, əmtəələr və digər alətlər üzrə geniş ticarət imkanları təklif etməklə yanaşı, sıfır pip spredi, komissiyasız və ultra-sürətli icra kimi üstün şərtlər təqdim edir.
Qrup süni intellekt əsaslı alətlər sahəsində liderdir və istənilən səviyyəli treyderlər üçün intuitiv və inkişaf etmiş həllər təqdim edir. CFI müxtəlif dillərdə tədris məzmunu vasitəsilə maliyyə savadlılığını təşviq edir və AC Milan, FIBA WASL və MI Cape Town kriket komandası, həmçinin Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti kimi qlobal brendlərlə əməkdaşlıq edərək mükəmməlliyə ilham verir.
Yeddiqat Formula 1™ Dünya Çempionu Ser Luis Hamilton və tennis əfsanəsi Mariya Şarapova CFI-ın Qlobal Brend Səfirləri olaraq şirkətin innovasiya, nəticəyönümlülük və uğura olan ortaq sadiqliyini təcəssüm etdirirlər, CFI isə eyni zamanda bütün dünyada mədəni və ictimai təşəbbüsləri dəstəkləyir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
- 5 d. əvvəl
- 19 d. əvvəl
-
20 d. əvvəl
Dövlət şirkətlərindən gözlənilən dividendlər 17 milyon manat artırılır
- 23 d. əvvəl
-
34 d. əvvəl
Direktor həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
-
41 d. əvvəl
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
-
43 d. əvvəl
Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Texnologiya və innovasiya sahəsində güzəştlərlə bağlı genişmiqyaslı dəyişikliklər təsdiqlənib – Kimlərə şamil olunur?
Naxçıvana dotasiya 6 %-dən çox azaldılır
Ən çox oxunanlar
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
Azərbaycanda içki istehsalçısının illik satış gəlirləri 7,3 milyon manat artaraq 60 milyon manatı keçib
Xərçəng peyvəndinin müsbət nəticələrinə baxmayaraq, Moderna-nın səhmləri 25%-dək ucuzlaşdı
SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər
"1 kvadratmetri başlayanda 4 min dollar idi, indi 8 min dollardır"
























