İsveçrə Maduronun sərvətini "dondurdu"
Sərvətin qanunsuz yollarla əldə edildiyini ortaya çıxararsa, İsveçrə onların Venesuela xalqının xeyrinə istifadə olunmasını təmin etməyə çalışacaq.İsveçrə Federal Şurası, ABŞ tərəfindən saxlanılan Venesuela Prezidenti Nikolas Maduro və onunla əlaqəli şəxslərin ölkədəki bütün əmlak və maliyyə aktivlərinin dondurulması barədə qərar qəbul edib.
Marja.az xəbər verir ki, İsveçrə hökuməti məsələ ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada bildirilir: “Federal Şura Venesuela Prezidenti Maduro və onunla əlaqəli digər şəxslərin İsveçrədəki bütün aktivlərinin təcili şəkildə dondurulması barədə qərar verib”.
Qeyd olunub ki, bu qərarın məqsədi aktivlərin ölkədən kənara çıxarılmasının qarşısını almaqdır. Eyni zamanda vurğulanıb ki, bu qərar mövcud Venesuela hökumətinin üzvlərinə şamil edilmir.
Açıqlamada deyilir: “Gələcək hüquqi proseslər vəsaitlərin qanunsuz yollarla əldə edildiyini ortaya çıxararsa, İsveçrə onların Venesuela xalqının xeyrinə istifadə olunmasını təmin etməyə çalışacaq. Aktivlərin dondurulması qərarı 2018-ci ildən etibarən Embarqo Qanunu çərçivəsində Venesuelaya qarşı tətbiq edilən sanksiyalara əlavə olaraq qəbul edilib”.
İsveçrə Xarici İşlər Nazirliyi Maduraya bağlı nə qədər aktivin İsveçrədə saxlanıldığı barədə açıqlama verməyib.
İsveçrə bazar günü verdiyi açıqlamada gərginliyin azaldılmasına və beynəlxalq hüquqa riayət olunmasına çağırış etmişdi.
ABŞ-dən əməliyyat
Venesuelanın paytaxtı Karakasda yanvarın 3-də yerli vaxtla təxminən saat 02:00-da partlayış və təyyarə səsləri eşidilib. Venesuela hakimiyyəti partlayışlardan sonra ABŞ-ni ölkənin müxtəlif bölgələrində mülki və hərbi obyektlərə hücumlar təşkil etməkdə ittiham edib. Tramp Maduraya qarşı genişmiqyaslı hücum həyata keçirildiyini, Maduronun və həyat yoldaşının ölkədən çıxarıldığını açıqlayıb.
ABŞ-nin ədliyyə naziri Pam Bondi isə Maduronun və həyat yoldaşı Floresin barəsində ABŞ-də cinayət işi qaldırıldığını, Maduroya “narkotik terrorizmi, kokain qaçaqmalçılığı, ABŞ-yə qarşı avtomatik silah və dağıdıcı qurğulara sahib olma” ittihamlarının irəli sürüldüyünü bildirib.
Venesuela hakimiyyəti ABŞ-nin qınanması üçün beynəlxalq ictimaiyyətə çağırış edib. Bəzi ölkələr hücumu tənqid etsə də, açıqlamaları ilə ABŞ-yə dəstək verənlər də olub.
Venesuela Ali Ədalət Məhkəməsi (TSJ) Maduronun saxlanılmasından sonra vitse-prezident Delsi Rodrigesin ölkənin müvəqqəti Prezidenti vəzifəsini icra etməsinə qərar verib.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
- 16 d. əvvəl
-
17 d. əvvəl
Dövlət şirkətlərindən gözlənilən dividendlər 17 milyon manat artırılır
- 20 d. əvvəl
-
31 d. əvvəl
Direktor həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
-
38 d. əvvəl
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
-
40 d. əvvəl
Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq
- 47 d. əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
Ən çox oxunanlar
Azərbaycanda içki istehsalçısının illik satış gəlirləri 7,3 milyon manat artaraq 60 milyon manatı keçib
Xərçəng peyvəndinin müsbət nəticələrinə baxmayaraq, Moderna-nın səhmləri 25%-dək ucuzlaşdı
SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər
"1 kvadratmetri başlayanda 4 min dollar idi, indi 8 min dollardır"


























