Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
Nazirlər iclasının həmsədrləri Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin mətbuat bəyanatı.
Dünən Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü Nazirlər iclası keçirilib. Bu mühüm tədbirdə 27 tərəfdaş dövlət, eləcə də 60 qurum və şirkətdən nümayəndələr iştirak edib.
İclasda Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlığa sadiqlik bir daha vurğulanıb. Bu tərəfdaşlıq əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatını, bərpa olunan enerji mənbələrinin təşviqini, enerji səmərəliliyini, hidrogen istehsalını, metan emissiyalarının azaldılmasını və ətraf mühitin qorunmasını əhatə edir.
Nazirlər iclasları çərçivəsində regional enerji bağlantıları, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində prioritetlərin və layihələrin nəzərdən keçirilməsi, eləcə də ümumi çağırışların həlli və əlaqəliliyin gücləndirilməsi üçün növbəti addımların müəyyənləşdirilməsi məqsədilə beynəlxalq maliyyə institutları və Aİ şirkətlərinin iştirakı ilə Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya Dəyirmi Masası keçirilib.
Cənub Qaz Dəhlizi (CQD)
Cənub Qaz Dəhlizi Məşvərət Şurası dəhlizin Azərbaycan qazını artan sayda istehlakçıya etibarlı və rəqabətli şəkildə çatdıran ötürmə sistemi kimi mühüm rolunu xüsusi vurğulayıb. Regional tərəfdaşlar dəhlizin ardıcıl beşinci ildir uğurla fəaliyyət göstərdiyini qeyd edərək bunun Aİ-nin enerji təchizatının şaxələndirilməsinə mühüm töhfə verdiyini bildiriblər. 2025-ci ildə Azərbaycan və SOCAR tərəfindən Aİ üzv dövlətlərinə 12,5 milyard kubmetr təbii qaz tədarük edilmişdir ki, bu da 2021-ci illə müqayisədə 53,8 faiz artım deməkdir.
Məşvərət Şurasında qaz hasilatı və ötürmə infrastrukturu sahəsində baş verən cari dəyişikliklər, eləcə də qarşıdakı illərdə tədarükün daha da artırılması baxımından maliyyələşdirmə və investisiya tələbləri və şərtləri müzakirə olunub. İclasda, həmçinin metan emissiyalarının azaldılması və qarşısının alınmasına dəstək verən Qlobal Metan Vədi və “Neft-Qaz Metan Tərəfdaşlığı 2.0” (OGMP 2.0) kimi təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
"Yaşıl enerji"
Beynəlxalq Enerji Agentliyi (BEA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) tərəfindən aparılan qiymətləndirmələrə əsasən, elektrikləşməyə daha sürətli keçid və elektrik şəbəkələrinə, eləcə də enerji saxlanma sistemlərinə investisiyaların artırılması təmin edilməzsə, bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində əldə olunan irəliləyişlər 2030-cu ilədək və sonrakı dövrdə tələb olunan emissiya azalmalarına, enerji təhlükəsizliyinin gücləndirilməsinə və xərclərə qənaətə tam şəkildə gətirib çıxarmayacaqdır. Azərbaycan və Avropa Komissiyası qlobal elektrikləşmə gündəliyinin irəli aparılmasına hazır olduqlarını təsdiqləyib, "Qlobal Enerji Keçidləri Forumu"nun COP31 kontekstində həyata keçirdiyi təşəbbüsləri alqışlayıblar.
İştirakçılar Türkiyədə baş tutacaq COP31 tədbiri ərəfəsində enerji sistemlərinin çevikliyi, sərhədlərarası interkonnektorlar və enerji keçidini mümkün edən normativ-hüquqi mexanizmlər üzrə sıx əməkdaşlığın davam etdirilməsi niyyətini müsbət qarşılayıblar.
Energetika naziri Pərviz Şahbazov bildirib: “Elektrik enerjisinə artan tələbat fonunda təbii qazın çevik və əsas strateji enerji mənbələrindən biri kimi inkişafının, eləcə də Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı kritik rolun əhəmiyyətini bir daha təsdiqlədik. Azərbaycan və Mərkəzi Asiyanın zəngin bərpa olunan enerji potensialını vahid sistemdə birləşdirərək Avropa ilə inteqrasiya olunmuş, şaxələndirilmiş və uzunmüddətli enerji təhlükəsizliyinə xidmət edən regionlararası yaşıl enerji dəhlizi və interkonnektorları üzrə əməkdaşlığımızı strateji gündəliyimizin prioritet istiqamətlərindən biri kimi təsbit etdik. Azərbaycan etibarlı tərəfdaş missiyasını təkcə təbii qazla deyil, həm də “yaşıl enerji” ilə genişləndirməkdən məmnundur.
Komissar Dan Yorqensen deyib: "Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel olaraq inkişaf edir. Bu gün biz qaz tədarükünün təmin edilməsindən və metan emissiyalarının azaldılmasından elektrik şəbəkələrinin modernləşdirilməsinə və bərpa olunan enerji mənbələrinin genişləndirilməsinə qədər bütün enerji spektri üzrə əməkdaşlığı gücləndirdik. Azərbaycan və bütövlükdə region bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və regional əlaqələr sahəsində gələcək əməkdaşlıq üçün böyük potensiala malikdir. Cənubi Qafqaz ekoloji cəhətdən təmiz texnologiyalar və infrastrukturun inkişafı mərkəzinə çevrilə bilər. Avropa şirkətləri öz texnologiyaları, investisiyaları və təcrübələri ilə töhfə verməyə maraqlıdırlar. Hökumətlər, maliyyə qurumları və özəl sektorla əməkdaşlıq edərək bu vizyonu gerçəkləşdirə bilərik."
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
- 5 d. əvvəl
- 19 d. əvvəl
-
20 d. əvvəl
Dövlət şirkətlərindən gözlənilən dividendlər 17 milyon manat artırılır
- 23 d. əvvəl
-
34 d. əvvəl
Direktor həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
-
41 d. əvvəl
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
-
43 d. əvvəl
Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Texnologiya və innovasiya sahəsində güzəştlərlə bağlı genişmiqyaslı dəyişikliklər təsdiqlənib – Kimlərə şamil olunur?
Naxçıvana dotasiya 6 %-dən çox azaldılır
Ən çox oxunanlar
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
Azərbaycanda içki istehsalçısının illik satış gəlirləri 7,3 milyon manat artaraq 60 milyon manatı keçib
Xərçəng peyvəndinin müsbət nəticələrinə baxmayaraq, Moderna-nın səhmləri 25%-dək ucuzlaşdı
SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər
"1 kvadratmetri başlayanda 4 min dollar idi, indi 8 min dollardır"

























