"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
"Yelo Bank" ASC 2026-cı ilin ilk rübünü (yanvar-mart) 6 milyon 685 min manat xalis mənfəət ilə başa vurub. Bank 2025-ci ilin ilk rübünü 11 milyon 200 min manat xalis mənfəət ilə bağlamışdı.Beləliklə, "Yalo Bank"ın xalis mənfəəti 2026-cı ilin 1-ci rübündə, ötən ili eyni dövrü ilə müqayisədə 5 milyon 515 min manat və ya 40% azalıb. Xalis mənfəətin azalması ilk rübdə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan vəsaitin azad olmaması (qayıtmaması), əksinə, əməliyyat mənfəətindən ehtiyata vəsait ayrılması ilə əlaqədardır.
Marja.az-ın məlumatına görə, 2025-ci ilin ilk rübündə "Yelo Bank"ın cəmi əməliyyat gəlirləri 51 milyon 961 min manat, cəmi əməliyyat xərcləri 41 milyon 955 min manat, əməliyyat mənfəəti 10 milyon 6 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 1 milyon 821 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb, 1 milyon 500 min manat mənfəət vergisi ödəyib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk rübündə "Yelo Bank"ın əməliyyat mənfəəti 8 milyon 951 min manat təşkil etmiş, ehtiyatdan qayıdan 3 milyon 448 min manat hesabına mənfəət 12 milyon 400 min manata yüksəlmişdi və 1 milyon 200 min manat mənfəət vergisi ödənilmişdi.
"Yelo Bank"da mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmanın yaranması gecikən kreditlərin artdığına işarədir.
Banklarda “mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma” bankın gələcəkdə yarana biləcək kredit itkilərinə qarşı əvvəlcədən maliyyə vəsaiti ayırması deməkdir. Sadə dillə izah etsək: Bank kredit verir və ehtimal var ki, bəzi müştərilər krediti geri qaytarmaya bilər. Bu riski nəzərə alaraq bank əvvəlcədən müəyyən məbləği ehtiyat kimi kənara qoyur. Bu prosesə mümkün zərərlər üçün ehtiyatlara ayırma deyilir. Bank kredit portfelini qiymətləndirir, riskli kreditlər müəyyən edilir (məsələn, gecikən kreditlər) və həmin riskə uyğun olaraq bank müəyyən məbləği xərc kimi ayırır və ehtiyat yaradır.
2025-ci ilin ilk rübündə "Yelo Bank"ın faiz gəlirləri 24,2% artıb, qeyri faiz gəlirləri isə 33,5% azalıb.
BANK KİÇİLİB
2026-cı ilin 1-ci rübündə "Yelo Bank"ın cəmi aktivləri cüzi azalaraq 31 mart 2026-cı il tarixində 1 milyard 512 milyon 823 min manat, (2025-ci ilin sonunda 1 milyon 515 milyon 246 min manat), o cümlədən kredit portfeli (müştərilərə verilən kreditlər) 0,7% azalaraq 1 milyard 81 milyon 739 min manat təşkil edib (2025-ci ilin sonunda 1 milyard 89 milyon 71 min manat). Bankın istehlak və biznes kreditləri portfelləri azalıb, daşınmaz əmlak kreditləri portfeli isə cüzi artıb
31 mart 2026-cı il tarixində "Yelo Bank" 177 milyon 94 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
- 17 d. əvvəl
-
18 d. əvvəl
Dövlət şirkətlərindən gözlənilən dividendlər 17 milyon manat artırılır
- 21 d. əvvəl
-
32 d. əvvəl
Direktor həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
-
39 d. əvvəl
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
-
41 d. əvvəl
Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq
- 48 d. əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
Ən çox oxunanlar
Azərbaycanda içki istehsalçısının illik satış gəlirləri 7,3 milyon manat artaraq 60 milyon manatı keçib
Xərçəng peyvəndinin müsbət nəticələrinə baxmayaraq, Moderna-nın səhmləri 25%-dək ucuzlaşdı
SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər
"1 kvadratmetri başlayanda 4 min dollar idi, indi 8 min dollardır"

























