AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub
(®) Güclü artım. Etibarlı kapital. Artan müştəri etimadı.
Azərbaycanın aparıcı özəl banklarından biri olan AFB Bank 2026-cı ilin birinci rübündə güclü maliyyə nəticələri nümayiş etdirib. Bankın ümumi aktivləri 482 milyon manata çatıb ki, bu da həm dayanıqlı inkişaf strategiyasının uğurla icra olunduğunu, həm də müştəri etimadının davamlı şəkildə artdığını göstərir.
Aktivlərdə rekord artım.
2026-cı ilin birinci rübünün yekunlarına əsasən, AFB Bankın ümumi aktivləri ilin əvvəli ilə müqayisədə 13,9% artaraq 482 milyon manata yüksəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə artım 60,8% təşkil edib. Bu dinamika, Bankın son bir ildə ölçüsünün əhəmiyyətli dərəcədə böyüdüyünü göstərir.
Aktivlərin artımı Bankın maliyyə potensialının güclənməsinin əsas göstəricilərindən biridir. Bu isə öz növbəsində daha çox kreditləşmə, daha geniş maliyyə xidmətləri və real iqtisadiyyata daha böyük töhfə deməkdir.
Kredit portfeli 334 milyon manata çatıb
Bankın kredit portfeli 334 milyon manat təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 11%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 78,6% artıb.
Kredit portfelinin ümumi aktivlərdə payı 69,3% səviyyəsindədir. Bu göstərici AFB Bankın resurslarının əhəmiyyətli hissəsinin birbaşa müştərilərin, o cümlədən fiziki şəxslərin, korporativ müştərilərin, həmçinin mikro, kiçik və orta bizneslərin maliyyələşdirilməsinə yönəldiyini təsdiq edir.
Əmanətlərdə yüksək artım
AFB Bankda yerləşdirilən müştəri vəsaitlərinin həcmi 274 milyon manata çatıb. Bu, ilin əvvəli ilə müqayisədə 21,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 96% artım deməkdir. Bu dinamika müştərilərin AFB Bankı etibarlı maliyyə tərəfdaşı kimi seçdiyini və vəsaitlərini Bankda uzunmüddətli saxlamağa üstünlük verdiyini göstərir.
Gəlirlər və əməliyyat dayanıqlığı
2026-cı ilin ilk rübündə Bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 96% artaraq 11 milyon manat, qeyri-faiz gəlirləri isə 12% artaraq 2,36 milyon manat təşkil edib. Gəlirlərin artımı Bankın yenilənmiş biznes modelinin effektiv çalışdığının bariz nümunəsidir.
Hesabat dövründə AFB Bankın 2025-2029 Strategiyasına uyğun olaraq insan kapitalı, risklərin idarə edilməsi, rəqəmsal həllər və digər istiqamətlərə investisiyalarını davam etdirilmişdir və bununla da qeyri-faiz xərcləri 7,86 milyon manat təşkil etmişdir. Nəticədə Bank birinci rübü 1,13 milyon manat xalis mənfəətlə başa vurmuşdur.
Bankın qeyri-işlək aktivlərinin payı keçən il ərzində 4.1 faiz bəndi azalmışdır.
Güclü kapital mövqeyi
AFB Bank kapital dayanıqlığını da yüksək səviyyədə qoruyub saxlayır. Bankın kapital adekvatlığı göstəriciləri müəyyən edilmiş minimum tələbləri əhəmiyyətli dərəcədə üstələyir:
I dərəcəli kapital adekvatlığı — 20,6%
Məcmu kapital adekvatlığı — 21,7%
Bu göstəricilər Mərkəzi Bankın tənzimləyici normativlərindən xeyli yüksək olmaqla, böyük kapital buferinə malik olduğunu və mümkün maliyyə şoklarına qarşı dayanıqlı mövqe sərgilədiyini göstərir.
AFB Bankın İdarə Heyətinin sədri Amid Qənbərov bildirib:
“2026-cı ilin birinci rübündə əldə etdiyimiz nəticələr Bankın davamlı böyümə strategiyasının real nəticələrini əks etdirir. Xüsusilə, əmanətlərin artımı bizim üçün böyük əhəmiyyət daşıyır. Bu, AFB Banka göstərilən etimadın ən mühüm göstəricilərindən biridir.”
AFB Bank Azərbaycanın aparıcı özəl banklarından biridir. Bankın inkişaf strategiyasının mərkəzində müştəri məmnuniyyəti, əlçatan maliyyə həlləri və rəqəmsal innovasiya dayanır. Hazırda AFB Bank ölkə üzrə 12 xidmət nöqtəsi, 1545 qısa nömrəli məlumat mərkəzi və başdan-başa rəqəmsal həlləri vasitəsilə artan geniş müştəri kütləsinə xidmət göstərir. Bankın həyata keçirdiyi Transformasiya Strategiyası çərçivəsində daha müasir, rahat və sərfəli maliyyə həllərinin təqdim edilməsi əsas prioritetlərdəndir.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
- 4 d. əvvəl
- 18 d. əvvəl
-
19 d. əvvəl
Dövlət şirkətlərindən gözlənilən dividendlər 17 milyon manat artırılır
- 22 d. əvvəl
-
33 d. əvvəl
Direktor həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
-
40 d. əvvəl
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
-
42 d. əvvəl
Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Texnologiya və innovasiya sahəsində güzəştlərlə bağlı genişmiqyaslı dəyişikliklər təsdiqlənib – Kimlərə şamil olunur?
Naxçıvana dotasiya 6 %-dən çox azaldılır
Ən çox oxunanlar
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
Azərbaycanda içki istehsalçısının illik satış gəlirləri 7,3 milyon manat artaraq 60 milyon manatı keçib
Xərçəng peyvəndinin müsbət nəticələrinə baxmayaraq, Moderna-nın səhmləri 25%-dək ucuzlaşdı
SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər
"1 kvadratmetri başlayanda 4 min dollar idi, indi 8 min dollardır"

























