Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Neft Fondu Kanadada nəhəng investorlarla masaya oturdu – Yeni investisiya imkanları müzakirə edildi

ARDNF-nin İcraçı direktoru Kanadaya işgüzar səfər edib. “Brookfield”, “CPP Investments” və “PSP Investments” ilə görüşlər keçirilib. Neft Fondu Kanadada yeni investisiya imkanları axtarır.
AzVak-mobil_resmin_ustu_31
Neft Fondu Kanadada nəhəng investorlarla masaya oturdu – Yeni investisiya imkanları müzakirə edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov Kanadaya işgüzar səfər edib. Səfər çərçivəsində o, 14–15 sentyabr tarixlərində Toronto şəhərində keçirilən “Kanada İnvestisiya Sammiti 2026”da iştirak edib və aparıcı institusional investorların rəhbərləri ilə bir sıra görüşlər keçirib.

Kanadanın Baş naziri Mark Karninin ev sahibliyi, “Canada Pension Plan Investment Board” (“CPP Investments”) və “Public Sector Pension Investment Board” (“PSP Investments”) kimi qurumların tərəfdaşlığı ilə təşkil olunan Sammit qlobal investorları, Kanada şirkətlərinin rəhbərlərini və dövlət sektorunun nümayəndələrini bir araya gətirib.

Tədbirdə uzunmüddətli kapitalın səfərbər edilməsi, yeni investisiya imkanlarının təşviqi, məhsuldar aktivlərə investisiyaların artırılması, eləcə də iqtisadi artım və dayanıqlılığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Səfər çərçivəsində İsrafil Məmmədov Kanadanın aparıcı institusional investorlarının rəhbərləri – “Canada Development Investment Corporation”ın (CDEV) Prezidenti və baş icraçı direktoru Elizabet Ueydeman, “CPP Investments”in Prezidenti və baş icraçı direktoru Con Qrem, “PSP Investments”in baş investisiya direktoru Patrik Şarbonno, eləcə də Kanada İnkişaf Fondunun Prezidenti və baş icraçı direktoru Yannik Boduen ilə görüşlər keçirib. Görüşlərdə Kanadanın investisiya mühiti, qlobal bazarlarda formalaşan yeni investisiya istiqamətləri, dövlət və özəl kapitalın strateji layihələrə cəlb edilməsi, eləcə də enerji keçidi və infrastruktur sahələrində investisiya perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

İşgüzar səfər zamanı dövlət rəsmiləri ilə də bir sıra görüşlər keçirilib. Ontario əyalətinin Baş naziri Duq Ford və Ontario əyalətinin maliyyə naziri Piter Betlenfalvi ilə görüşlərdə regionun investisiya mühiti, prioritet iqtisadi sahələr və beynəlxalq investorlar üçün mövcud imkanlar ətrafında fikir mübadiləsi aparılıb.

İndoneziyanın İqtisadi Məsələlər üzrə Əlaqələndirici naziri Airlanqqa Hartarto ilə görüşdə isə iki ölkə arasında iqtisadi və investisiya əlaqələrinin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

İsrafil Məmmədov, həmçinin, “Brookfield” şirkətinin Direktorlar Şurasının sədri və “Toronto-Dominion Bank”ın sədr müavini Frenk MakKenna, eləcə də “Brookfield”in baş icraçı direktoru Brüs Flətt ilə görüşüb. Görüşlərdə qlobal özəl bazarlarda mövcud investisiya mühiti, real aktivlərə kapital qoyuluşu, xüsusilə infrastruktur və enerji sahələrində uzunmüddətli investisiya imkanları müzakirə olunub. Bununla yanaşı, tərəflər rəqəmsallaşma və artan enerji tələbatının qlobal investisiya bazarlarına təsiri, eləcə də ARDNF ilə “Brookfield” arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi və yeni birgə investisiya imkanlarının araşdırılması ətrafında fikir mübadiləsi aparıblar.

Yaponiya Dövlət Pensiya İnvestisiya Fondu (“GPIF”) və Malayziyanın İşçilərin Təminat Fondu (EPF/KWSP) ilə keçirilən görüşlərdə qlobal maliyyə bazarlarının perspektivləri, portfelin şaxələndirilməsi, eləcə də iri institusional investorların investisiya strategiyalarına dair yanaşmaları ətrafında fikir mübadiləsi aparılıb.

İş elanları AzVak.az-da

 

17.09.2026 11:25
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19