970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Zərgərlik bazarında yeni qaydalar hazırlanır – İlk dövlət standartı müzakirədədir

Azərbaycanda zərgərlik məmulatları üçün ilk dövlət standartı hazırlanır. Qızıl və gümüş məmulatlarının damğalanması ilə bağlı yeni standart gəlir.
AzVak-mobil_resmin_ustu_31
Zərgərlik bazarında yeni qaydalar hazırlanır – İlk dövlət standartı müzakirədədir
iç səhifə xəbər şəkil altı (mobil)_32

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası keçirilib. İclasda qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırma üzrə aktual məsələlər nəzərdən keçirilib, qarşıdakı dövr üçün planlaşdırılan tədbirlər və fəaliyyət istiqamətləri müzakirə edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən "Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 36) növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Mərkəzinin (İMEM), Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Azərsuvenir” MMC-nin, İqtisadi Zonaların İnkişafı Agentliyinin, Azərbaycan Zərgərlər Assosiasiyasının və digər aidiyyəti qurum və təşkilatların nümayəndələri iştirak edib.

İclas zamanı “Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası ilə damğalanması” dövlət standartının layihəsi müzakirə olunub. Sənədin qiymətli metallar sahəsində yerli qanunvericilik və mövcud təcrübə nəzərə alınmaqla hazırlanmış ilk dövlət standartı layihəsi olduğu bildirilib.

Bundan əlavə, “2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” çərçivəsində növbəti ildə həyata keçirilməsi planlaşdırılan tədbirlər müzakirə edilib. Bununla bağlı, ISO 13756:2024 “Zərgərlik və qiymətli metallar — Gümüşün təyini — Natrium xlorid və ya kalium xloriddən istifadə etməklə potensiometrik üsul” və ГОСТ 30649-99 “Qiymətli metallar əsasında zərgərlik ərintiləri. Markalar” standartları əsasında dövlət standartlarının qəbul edilməsi, AZS ISO 9202:2021 “Zərgərlik məmulatları və qiymətli metallar. Qiymətli metal ərintilərinin əyarları” dövlət standartının dövri yoxlanılması ilə bağlı məsələlər nəzərdən keçirilib.

Sonda AZSTAND/TK 36-nın Texniki Komitənin 2026-cı il üzrə Fəaliyyət Planına uyğun olaraq "Gümüş və onun əsasında ərintilər. Markalar", "Platin və onun əsasında ərintilər. Markalar" və "Təbii becərilmiş, kompozit becərilmiş mirvarilər və mirvari imitasiyalar – Terminologiya və təsnifat (nomenklatura)" dövlət standartları layihələrinin Texniki Komitənin üzvləri tərəfindən müzakirə edilərək qəbul olunması üçün AZSTAND-a təqdim edilməsi ilə bağlı müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, AZSTAND/TK 36 qiymətli metallar və qiymətli daşlar sahəsində standartlaşdırma fəaliyyətinin təşkili, müvafiq standartların hazırlanması və beynəlxalq təcrübənin tətbiqinin təmin edilməsi məqsədilə İMEM-in bazasında yaradılıb.

İş elanları AzVak.az-da

AZSTAND Azərbaycan Standartlaşdırma İnstitutu qiymətli metallar qiymətli daşlar zərgərlik məmulatları dövlət standartı əyar damğası dövlət əyar damğası qızıl gümüş platin zərgərlik bazarı qiymətli metal ərintiləri ISO 13756:2024 AZS ISO 9202:2021 ГОСТ 30649-99 gümüşün təyini zərgərlik standartları mirvari mirvari təsnifatı AZSTAND TK 36 Texniki Komitə milli standartlaşdırma proqramı 2026-2028 standartlaşdırma proqramı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi
17.09.2026 12:26
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19