Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İnvestorlara 15% illik gəlir – BOKT-a daha 2 milyon manat pul lazımdır

BOKT “International” 2 milyon manatlıq istiqraz buraxır – İllik gəlirlilik 15%-dir
AzVak-mobil_resmin_ustu_31
İnvestorlara 15% illik gəlir – BOKT-a daha 2 milyon manat pul lazımdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

17 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “International” ASC-nin 1 milyon manatlıq istiqraz buraxılışının ticarətə buraxılması üçün “Ticarətə İcazə” verilib.

Marja.az xəbər verir ki, buraxılış AZ2061021021 ISIN kodu ilə həyata keçiriləcək. Buraxılış çərçivəsində hər birinin nominal qiyməti 100 manat olan 10 min ədəd istiqraz yerləşdiriləcək. Emissiyanın ümumi həcmi 1 milyon manatdır.

Bu istiqrazların illik gəlirlilik faizi 15%, tədavül müddəti isə 24 aydır. Hesablanmış faizlər istiqrazların yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcək.

Qiymətli kağızların yerləşdirilməsi üzrə rəqabətli hərrac 21 sentyabr 2026-cı il tarixində Bakı Fond Birjasında keçiriləcək.

Daha 1 milyon manatlıq buraxılış

Şirkətin AZ2062021020 ISIN kodlu ikinci istiqraz buraxılışının da həcmi 1 milyon manat təşkil edir. Bu emissiya çərçivəsində də nominal dəyəri 100 manat olan 10 min ədəd istiqraz buraxılacaq. İllik gəlirlilik 15%, tədavül müddəti 24 aydır və faizlər hər 30 gündən bir ödəniləcək.

İkinci buraxılışın ticarətə buraxılacağı tarix emitent tərəfindən daha sonra açıqlanacaq.

Hər iki buraxılış faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazlardır və kütləvi təklif üsulu ilə rəqabətli hərrac vasitəsilə yerləşdiriləcək.

Hər iki emissiyanın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Beləliklə, BOKT “International” ASC iki istiqraz emissiyası vasitəsilə kapital bazarından ümumilikdə 2 milyon manat cəlb etməyi nəzərdə tutur.

100 manat nominal dəyər və illik 15%-lik faiz dərəcəsi nəzərə alındıqda, bir istiqraz üzrə illik faiz gəliri 15 manat, 30 gündən bir ödənilən faiz isə təxminən 1,25 manat təşkil edir. Hər iki buraxılış tam yerləşdirilərsə, 2 milyon manatlıq istiqrazlar üzrə illik faiz ödənişlərinin ümumi məbləği 300 min manat olacaq.

İş elanları AzVak.az-da

BOKT International International ASC BOKT istiqrazları istiqraz buraxılışı 15 faiz istiqraz 15% gəlirlilik Bakı Fond Birjası BFB PAŞA Kapital 2 milyon manat 1 milyon manatlıq istiqraz 20 min istiqraz 100 manat nominal aylıq faiz ödənişi 24 aylıq istiqraz korporativ istiqrazlar kapital bazarı rəqabətli hərrac investisiya AZ2061021021 AZ2062021020 21 sentyabr 2026.
17.09.2026 12:07
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19