Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mənfəəti 2 dəfədən çox artan BOKT 7 milyon manat da borclanır – İnvestorlara 13% ödəyəcək

Faizlər hər 3 aydan bir ödəniləcək.700 min istiqraz satışa çıxır – İllik gəlirlilik 13%-dir. “EMBAFİNANS”ın aktivləri 100 milyon manatı keçib.
AzVak-mobil_resmin_ustu_31
Mənfəəti 2 dəfədən çox artan BOKT 7 milyon manat da borclanır – İnvestorlara 13% ödəyəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

BOKT “EMBAFİNANS” QSC 7 milyon manat həcmində istiqraz buraxılışına hazırlaşır.

Marja.az şirkətin 2026-cı il üzrə baza emissiya prospektinə istinadən xəbər verir ki, emissiya çərçivəsində hər birinin nominal dəyəri 10 manat olan 700 min ədəd faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqraz təklif olunacaq.

Reklam_3_11

İstiqrazların illik faiz dərəcəsi 13% müəyyən edilib. Qiymətli kağızların tədavül müddəti 12 ay, faiz ödənişlərinin dövriliyi isə hər 3 təqvim ayından bir olacaq.

Prospektə əsasən, bir istiqraz üzrə hər faiz dövründə investorun əldə edəcəyi gəlir 0,325 manat təşkil edəcək. Bir istiqraz üzrə 12 aylıq ümumi faiz gəliri isə 1,30 manat olacaq.

Beləliklə, bütün 700 min istiqraz tam yerləşdirilərsə, “EMBAFİNANS”ın 7 milyon manatlıq emissiya üzrə investorlarına bir il ərzində ödəyəcəyi faizlərin ümumi məbləği 910 min manat təşkil edəcək. Hər üç aylıq kupon dövrü üzrə ümumi faiz ödənişi isə 227,5 min manat olacaq.

İstiqrazlar Bakı Fond Birjasında yerləşdiriləcək

Emissiya prospektində bildirilir ki, istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasının ticarət platformasında həyata keçiriləcək.

Baza emissiya prospekti Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiq edildikdən sonra hər bir istiqraz buraxılışı üzrə yekun şərtlərdə yerləşdirmənin başlanma və başa çatma tarixləri müəyyən ediləcək.

Hər bir buraxılış üzrə yekun şərtlər Mərkəzi Bank tərəfindən qeydə alındıqdan sonra abunə yazılışına ən azı 11 iş günü sonra başlanılması nəzərdə tutulur.

Abunə yazılışının başlanma və bitmə tarixləri, eləcə də istiqrazların yerləşdirilməsi tarixləri emitentin, Bakı Fond Birjasının və “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin rəsmi saytlarında və KİV-də açıqlanacaq.

Prospektə görə, abunə yazılışının keçirilməsi 10 iş günü davam edəcək. Abunə başa çatdıqdan sonra istiqrazların yerləşdirilməsinə 5 iş günü ərzində başlanılması, yerləşdirmənin isə başlandığı tarixdən etibarən 7 iş günü ərzində həyata keçirilməsi nəzərdə tutulur.

Emissiyanın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazlar təminatsızdır

“EMBAFİNANS”ın istiqrazları təmin edilməmiş formada təklif olunur.

Prospektdə qeyd olunur ki, emitent ləğv edildikdə, yenidən təşkili barədə qərar qəbul edildikdə və ya müflis elan olunduqda istiqraz sahibləri nominal dəyərin və ödənilməmiş faizlərin ödənilməsini digər kreditorların tələbləri ilə birlikdə qanunvericilikdə müəyyən edilmiş növbəlilik prinsipi əsasında tələb edə bilərlər.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Emitentin istiqrazları tədavül müddəti ərzində məcburi geri almaq hüququ və ya öhdəliyi yoxdur. Bununla yanaşı, emitentin təklifi və investorun razılığı əsasında istiqrazların vaxtından əvvəl geri alınması mümkündür.

“EMBAFİNANS”ın aktivləri 100 milyon manatı keçib

Emissiya prospektində şirkətin maliyyə göstəriciləri də açıqlanıb. “EMBAFİNANS”ın 2025-ci ilin yekunlarına olan cəmi aktivləri 85 milyon 701,7 min manat təşkil edib. 2024-cü ilin sonunda aktivlər 69 milyon 991,9 min manat olmuşdu. Beləliklə, şirkətin aktivləri 2025-ci ildə 15 milyon 709,8 min manat və ya 22,4% artıb.

2026-cı ilin ilk 6 ayının sonunda isə “EMBAFİNANS”ın aktivləri 100 milyon 874,2 min manata çatıb. 2025-ci ilin eyni dövründə bu göstərici 79 milyon 350,9 min manat idi. İllik müqayisədə aktivlər 27,1% artıb.

Kredit portfeli 91,6 milyon manata çatıb

Şirkətin əsas aktivlərinin böyük hissəsini kredit portfeli təşkil edir. 2025-ci ilin sonunda “EMBAFİNANS”ın kredit portfeli 78 milyon 339,8 min manat olub. Bir il əvvəl kredit portfeli 61 milyon 997,4 min manat təşkil etmişdi. Beləliklə, kredit portfeli bir il ərzində 16 milyon 342,4 min manat və ya 26,4% böyüyüb.

2026-cı ilin ilk yarısında kredit portfeli daha da artaraq 91 milyon 648,8 min manata çatıb. 2025-ci ilin eyni dövründə göstərici 74 milyon 331,9 min manat idi. Bu isə illik 23,3%-lik artım deməkdir.

2026-cı ilin iyunun sonuna kredit portfeli şirkətin ümumi aktivlərinin təxminən 90,9%-nə bərabər olub.

6 aylıq xalis mənfəət 2 dəfədən çox artıb

Prospektə əsasən, “EMBAFİNANS” 2025-ci ili 8 milyon 126,3 min manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə xalis mənfəət 7 milyon 207,7 min manat idi. Beləliklə, şirkətin illik xalis mənfəəti 918,6 min manat və ya 12,7% artıb.

Vergidən əvvəl mənfəət isə 2024-cü ildəki 9 milyon 12,1 min manatdan 2025-ci ildə 10 milyon 166,8 min manata yüksəlib. 2026-cı ilin ilk 6 ayında isə şirkətin xalis mənfəəti 6 milyon 684,6 min manat təşkil edib. 2025-ci ilin eyni dövründə xalis mənfəət 3 milyon 146,3 min manat olmuşdu. Beləliklə, “EMBAFİNANS”ın yarımillik xalis mənfəəti 3 milyon 538,4 min manat və ya təxminən 112,5% artıb. Vergidən əvvəl mənfəət də 3 milyon 932,8 min manatdan 8 milyon 355,8 min manata yüksəlib – artım 112,5% təşkil edib.

Kapital 34 milyon manatı ötüb

Şirkətin cəmi kapitalı 2025-ci ilin sonunda 30 milyon 928,1 min manat olub. 2024-cü ildə bu göstərici 25 milyon 801,7 min manat təşkil etmişdi. Beləliklə, kapital 19,9% artıb. 2026-cı ilin ilk yarısının sonunda kapital daha da yüksələrək 34 milyon 159,2 min manata çatıb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə kapital 31,5% artıb.

Şirkətin cəmi öhdəlikləri isə 2025-ci ilin sonunda 54 milyon 773,6 min manat, 2026-cı ilin ilk yarısının sonunda 66 milyon 715 min manat təşkil edib.

Pul vəsaitləri də artıb

2025-ci ilin sonunda “EMBAFİNANS”ın pul vəsaitləri 837,7 min manat olub. 2024-cü ilin sonunda bu göstərici 1 milyon 38,2 min manat idi.

2026-cı ilin ilk 6 ayında isə pul vəsaitləri 2 milyon 206,1 min manata yüksəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə artım 112,2% təşkil edib.

Şirkətin səhmdarları kimlərdir?

Emissiya prospektinə əsasən, BOKT “EMBAFİNANS” QSC-nin nizamnamə kapitalında Abbасov Elşad İnşalla oğlunun 86%, Polyakova Tamara Basirovna-nın isə 14% payı var.

Kredit şirkəti fiziki şəxslərə və hüquqi şəxslərə kreditlərin verilməsi ilə yanaşı, faktorinq və forfeytinq, lizinq, veksellərin uçotu, zəmanətlərin verilməsi, sığorta agenti xidmətləri və qanunvericiliklə nəzərdə tutulan digər maliyyə xidmətlərini həyata keçirə bilər.

Şirkətin əsas fəaliyyət bazarı Azərbaycan Respublikasının maliyyə bazarı, o cümlədən bank olmayan kredit təşkilatları sektorudur.

“EMBAFİNANS”ın emissiya prospektində açıqlanan rəqəmlər şirkətin son dövrdə həm balans, həm kredit portfeli, həm də mənfəət baxımından sürətli böyüdüyünü göstərir. Xüsusilə 2026-cı ilin ilk yarısında aktivlərin 27,1%, kredit portfelinin 23,3%, kapitalın 31,5%, xalis mənfəətin isə 112,5% artması diqqət çəkir.

7 milyon manatlıq istiqraz emissiyası 2026-cı ilin ilk yarısının sonuna şirkətin 34,2 milyon manatlıq kapitalının təxminən 20,5%-nə, 100,9 milyon manatlıq aktivlərinin isə təxminən 6,9%-nə bərabərdir.

İstiqrazların təmin edilməmiş olması investor üçün kredit riskinin birbaşa emitentin maliyyə vəziyyəti və ödəniş qabiliyyəti ilə bağlı olduğunu göstərir. Digər tərəfdən, 13%-lik illik kupon dərəcəsi və hər 3 aydan bir faiz ödənişi investor üçün dövri pul axını yaradır.

İş elanları AzVak.az-da

EMBAFİNANS Embafinans istiqraz BOKT EMBAFİNANS EMBAFİNANS istiqrazları 7 milyon manat istiqraz 13 faiz istiqraz 13% gəlirlilik korporativ istiqraz Bakı Fond Birjası BFB PAŞA Kapital istiqraz emissiyası 700 min istiqraz 10 manat nominal istiqraz gəlirliliyi kupon ödənişi rüblük faiz ödənişi təmin edilməmiş istiqraz kapital bazarı investisiya BOKT istiqrazları EMBAFİNANS mənfəət EMBAFİNANS aktivləri EMBAFİNANS kredit portfeli bank olmayan kredit təşkilatı Azərbaycan istiqraz bazarı qiymətli kağızlar 2026 istiqrazları PAŞA Kapital İnvestisiya Şirkəti.
17.09.2026 13:04
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19