McDonald’s niyə Walmart və Amazon-un ardınca reklam biznesinə daxil olur?
McDonald’s çərşənbə günü Amazon və Walmart kimi pərakəndə satış nəhənglərinin yolunu davam etdirərək öz media şəbəkəsini yaratmağı planlaşdırdığını açıqlayıb.
Marja xəbər verir ki, Avqust ayında şirkətə məxsus ABŞ-dakı 450 restoranda pilot layihə çərçivəsində “drive-thru” sifarişləri üçün nəzərdə tutulan rəqəmsal ekranlarda digər şirkətlərin reklamları göstərilməyə başlanıb (“Drive-thru” avtomobildən düşmədən xidmət almaq formatıdır. McDonald’s kontekstində drive-thru order boards — avtomobillə sifariş verən müştərilərin qarşısındakı rəqəmsal menyu və sifariş ekranlarıdır). Proqram hələ ilkin mərhələdədir və McDonald’s-ın ABŞ-dakı təxminən 14 min restoranının qalan hissəsini idarə edən françayzilərə hələ tətbiq olunmayıb.
Buna baxmayaraq, McDonald’s gələcəkdə bu istiqamətin şirkət üçün 1 milyard dollarlıq biznesə çevriləcəyinə ümid edir.
“Commerce media" (satış və alış-veriş mühitində reklamın göstərilməsi və həmin reklamdan gəlir əldə edilməsi) reklam sektorunda ən sürətlə böyüyən istiqamətlərdən biridir və onun təkcə ABŞ-da həcminin 2028-ci ilə qədər 100 milyard dolları keçəcəyi gözlənilir”, – McDonald’s-ın qlobal marketinq direktoru və yeni biznes təşəbbüsləri üzrə icraçı vitse-prezidenti Morgan Flatley investorlar üçün keçirilən təqdimatda bildirib.
“Bu, demək olar ki, əlavə xərc yaratmadan, əməliyyat mürəkkəbliyi olmadan və müştəri təcrübəsinə maneə törətmədən sistem üçün gəlir əldə etmək imkanıdır”, – Flatley əlavə edib.
Bu addım gələcəkdə McDonald’s-a yüksək marjalı və sabit gəlir axını gətirə bilər. Şirkət üçün mal əti kimi əsas xammalların qiyməti artır, eyni zamanda restoranların modernləşdirilməsinə qarşıdakı onillik ərzində milyardlarla dollar investisiya yatırılması planlaşdırılır.
Restoran sektorunda McDonald’s öz “commerce media" biznesini yaradan ilk böyük oyunçulardan biri ola bilər. Şirkətin maliyyə direktoru Ian Borden bildirib ki, McDonald’s bu layihənin uğurlu olması üçün unikal mövqeyə malikdir.
“Biz ölçüsünə və miqyasına görə istənilən sektorda ən dəyərli brendlərdən birinə sahibik”, – Borden CNBC-yə bildirib.
“ABŞ əhalisinin təxminən 85%-nə ildə ən azı bir dəfə xidmət göstəririk. Buna görə də bizim olduqca unikal əhatə dairəmiz var. ABŞ üzrə 14 min restoranımız mövcuddur ki, bu da demək olar hər bir icmada olduğumuz və hər cür istehlakçı ilə əlaqə qurduğumuz deməkdir”, – o əlavə edib.
Amazon və Walmart kimi pərakəndə satış şirkətləri yüksək marjalı biznes hesab edilən öz media şəbəkələrinin fəaliyyətindən artıq ciddi nəticələr əldə ediblər.
Amazon 2025-ci ildə reklam xidmətlərinin satışından 68,6 milyard dollar gəlir əldə etdiyini açıqlayıb. Bu məbləğ şirkətin ümumi gəlirlərinin təxminən 10%-nə yaxın olub.
Amazon reklamları şirkətin geniş ekosistemində – onlayn alış-veriş səhifələrindən Prime Video-ya, sifariş götürmə dolablarından Twitch canlı yayım platformasına, eləcə də üçüncü tərəf tətbiqləri və internet saytlarına qədər müxtəlif kanallarda nümayiş etdirilir.
Walmart reklam bölməsinin satış nəticələrini ayrıca açıqlamasa da, şirkət bildirib ki, ABŞ-dakı reklam biznesi olan Connect-in satışları maliyyə ilinin ikinci rübündə 43% artıb.
Walmart-ın media şəbəkəsi şirkətin mobil tətbiqində, saytında və ABŞ-dakı 4 600-dən çox mağazasında reklamlar göstərir. Bundan əlavə, reklamlar Instagram kimi xarici platformalarda da yerləşdirilir.
Şirkət həmçinin reklam biznesini genişləndirmək məqsədilə 2024-cü ilin sonunda televizor istehsalçısı Vizio-nu satın alıb.
McDonald’s-ın yeni təşəbbüsü şirkətin Çikaqodakı baş qərargahında keçirilən investor günü çərçivəsində elan olunub.
Media şəbəkəsi ilə yanaşı, şirkət rəhbərləri bahalı restoran modernləşdirmələri və yeməklərin keyfiyyətinin yaxşılaşdırılması hesabına satışların artırılması planları barədə də əlavə məlumat veriblər.
Müştərilərin xəbərləri
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
Ərəb şirkəti Qəbələdə premium yaşayış kompleksi tikir – Satışlar başlayıb, qiymətlər 130 min dollardan başlayır
Qəbələdə “The Montis” layihəsi təqdim olunur – Mənzillər 71 kv.m-dən, villalar 257 kv.m-dən başlayır
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat əvvəl
“Baku Steel Company” üçün yeni yayma və tikişsiz boru istehsalı layihələri nəzərdə tutulur
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda 2030-cu ilədək nəhəng mədən planı – İxrac 2 milyard dollara çatdırılacaq
- 3 saat əvvəl
-
3 saat əvvəl
McDonald’s niyə Walmart və Amazon-un ardınca reklam biznesinə daxil olur?
-
4 saat əvvəl
Pezeşkian: Diplomatiyaya hazırıq, amma müharibədən qorxmuruq
-
7 saat əvvəl
SOCAR və “Karpowership” elektrik enerjisi üzrə böyük əməkdaşlığı müzakirə etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pambıqçılıqda yeni dövr: John Deere-in güclü kombaynı Azərbaycanda - FOTOLAR
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
“Baku Steel Company” üçün yeni yayma və tikişsiz boru istehsalı layihələri nəzərdə tutulur
Azərbaycanda “Sinsay” mağazalarının sayı 25-ə çatıb
Mikayıl Cabbarov “Karadeniz Holding” rəhbərliyi ilə görüşdü – İnvestisiya imkanları və birgə layihələr masadadır
Pezeşkian: Diplomatiyaya hazırıq, amma müharibədən qorxmuruq
Fransa Martin Ryanın əfv edilməsini alqışlayır
Birjasdan “AZƏRMAŞ GROUP”un istiqrazlarına "yaşıl işıq" - İllik 13%-lə 10 milyon manat toplamaq istəyir
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub










.png)









