Meşə torpaqlarının icarəsi ilə bağlı rüşvət ittihamı — direktor həbs edilib
Nazirlikdən daxil olan məlumatla cinayət işi başlanıb — iki vəzifəli şəxsə ittiham verilib. Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbsdə, meşəbəyi ev dustaqlığındadırAzərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən digər dövlət orqanları ilə birlikdə vəzifəli şəxslərin qanunsuz hərəkətlərinin qarşısının alınmasına qarşı mübarizə istiqamətində tədbirlərin görülməsi davam etdirilir.
Belə tədbirlərdən biri kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin Nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılaraq cinayət işi başlanıb.
İlkin istintaq-əməliyyat tədbirləri ilə 2025-2026-cı illərdə Nazirliyin Meşələrin İnkişafı Xidmətinin 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsində işləyən Fizulu Məmmədovun meşəbəyi vəzifəsində işləyən Vidadi Əsgərovla cinayət əlaqəsinə girərək meşə ərazisində torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Fizuli Məmmədov və Vidadi Əsgərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alınması) ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə Fizuli Məmmədov barəsində həbs, Vidadi Əsgərov barəsində isə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə qanunsuz əməllərin tam dairəsinin və belə əməllərin törədilməsində iştirak etmiş digər təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir.
Müştərilərin xəbərləri
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
2 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 gün sonra
- 29 d. əvvəl
- 45 d. əvvəl
-
50 d. əvvəl
"Prime Leasing" Qlobal Səhnədə: Çində "Zoomlion Gold Dealer Award 2026" mükafatına layiq görüldü ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni “Xəzər körpüsü”— Azərbaycan və Qazaxıstan müqavilə imzalayıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Mərkəzi Bankın şikayətlərin araşdırılması və idarə olunması üzrə fəaliyyəti sertifikatına layiq görülüb
Oyun şirkətlərinə birbaşa satış imkanı yaradan İsrailin “Appcharge” şirkəti Azərbaycanda qeydiyyatdan keçib
Yeni “Xəzər körpüsü”— Azərbaycan və Qazaxıstan müqavilə imzalayıb
Bank “Radio kanallarda reklam yayımı” üzrə tennder elan edib
“NORM” şirkətinin illik xeyriyyə xərcləri 5 milyon manatdan çox olub
Avropada aviabiletlər 20%-dək bahalaşa bilər – xəbərdarlıq
Satınalma tamamlandı, rəhbərlik dəyişdi — iki bankda yeni təyinatlar
























