Oyun şirkətlərinə birbaşa satış imkanı yaradan İsrailin “Appcharge” şirkəti Azərbaycanda qeydiyyatdan keçib
“Appcharge” ƏDV-ni Azərbaycan büdcəsinə özü ödəyəcək. Bu o deməkdir ki, şirkət rəqəmsal xidmət təchizatçısı (qeyri-rezident) kimi ölkəmizdə rəsmiləşib. Bu sistem sayəsində Azərbaycan vətəndaşları həmin platformanın xidmət etdiyi oyunlardan alış-veriş edərkən tətbiq olunan ƏDV artıq banklar tərəfindən deyil, birbaşa şirkətin özü tərəfindən hesablanıb dövlət büdcəsinə ödənilirİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha bir beynəlxalq rəqəmsal xidmət təchizatçısı- “Appcharge Ltd.” vergi uçotuna alınıb. Şirkətin ƏDV məqsədləri üçün qeydiyyatı 2026-cı il noyabrın 1-dən qüvvəyə minib.
Qeyd edək ki, qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarına edilən ödənişlər üzrə ƏDV banklar tərəfindən tutulmur. Bu şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.
Bu o deməkdir ki, “Appcharge” şirkəti rəqəmsal xidmət təchizatçısı (qeyri-rezident) kimi ölkəmizdə rəsmiləşib. Bu sistem sayəsində Azərbaycan vətəndaşları həmin platformanın xidmət etdiyi oyunlardan alış-veriş edərkən tətbiq olunan ƏDV artıq banklar tərəfindən deyil, birbaşa şirkətin özü tərəfindən hesablanıb dövlət büdcəsinə ödənilir
Beynəlxalq rəqəmsal xidmət təchizatçılarının elektron qeydiyyat sisteminə qoşulması yeni vergi mexanizminin tətbiqində əldə olunan mühüm nəticələrdəndir. Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatda müasir vergi inzibatçılığının və şəffaf biznes mühitinin inkişafı istiqamətində fəaliyyətini davam etdirir. Hazırda Azərbaycanda ƏDV qeydiyyatına alınmış rəqəmsal xidmət təchizatçılarının sayı 24-ə çatıb. Qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının siyahısı ilə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.
Appcharge Ltd, mobil oyun tərtibatçıları və naşirləri üçün birbaşa istehlakçıya (DTC - Direct-to-Consumer) satış və qlobal ödəniş platforması təqdim edən İsrail mənşəli beynəlxalq maliyyə texnologiyaları (FinTech) şirkətidir. 2022-ci ildə qurulan şirkətin baş ofisi Tel-Əvivdə yerləşir.
"Appcharge", mobil oyun yaradıcıları (studio və naşirlər) üçün nəzərdə tutulmuş, birbaşa istifadəçiyə satış etməyə imkan verən qlobal bir DTC (Direct-to-Consumer) ödəniş və monetizasiya platformasıdır. Mobil oyun şirkətlərinin Apple App Store və Google Play Store-un tətbiq daxili satınalmalar zamanı tutduğu %30-luq yüksək komissiyadan qaçmasına və oyunçulara birbaşa öz veb-saytları vasitəsilə oyun daxili əşyalar satmasına kömək edən bir sistemdir.
Müştərilərin xəbərləri
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
2 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 gün sonra
- 30 d. əvvəl
- 46 d. əvvəl
-
51 d. əvvəl
"Prime Leasing" Qlobal Səhnədə: Çində "Zoomlion Gold Dealer Award 2026" mükafatına layiq görüldü ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni “Xəzər körpüsü”— Azərbaycan və Qazaxıstan müqavilə imzalayıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Mərkəzi Bankın şikayətlərin araşdırılması və idarə olunması üzrə fəaliyyəti sertifikatına layiq görülüb
Oyun şirkətlərinə birbaşa satış imkanı yaradan İsrailin “Appcharge” şirkəti Azərbaycanda qeydiyyatdan keçib
Yeni “Xəzər körpüsü”— Azərbaycan və Qazaxıstan müqavilə imzalayıb
Bank “Radio kanallarda reklam yayımı” üzrə tennder elan edib
“NORM” şirkətinin illik xeyriyyə xərcləri 5 milyon manatdan çox olub
Avropada aviabiletlər 20%-dək bahalaşa bilər – xəbərdarlıq
Satınalma tamamlandı, rəhbərlik dəyişdi — iki bankda yeni təyinatlar

























