49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi
Hacıqabulda sel basan arpa sahəsinə görə fermerə 2 931 manat aqrar sığorta ödənişi verilib. Cəmi 49 manata sığortalanan sahəyə 2 931 manat ödəniş: Aqrar sığorta fermerin zərərini qarşılanıb.Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. Bölgələrdə fəaliyyət göstərərək aqrar sığortanın xidmətindən istifadə edən daha bir fermerin zərəri sığorta tərəfindən ödənilib.
Xatırladaq ki, Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və balıqçılıq (akvakultura) təsərrüfatlarını sığortalayır. Fermerlərə dəstək məqsədilə bu zaman sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. Təsərrüfatlarını güzəştli şərtlərlə sığortalayan sahibkarlar zərərlə üzləşdikdə onların zərəri aqrar sığorta tərəfindən qarşılanır.
Aqrar Sığorta Fondu Hacıqabul rayonundan olan fermer Rasim Allahverdiyevə arpa sahəsinə dəymiş zərər üzrə 2 931 manat sığorta ödənişi həyata keçirib. Fermerin Rəncbər kəndində yerləşən, güzəştli şərtlərlə sığortaladığı 5,11 hektarlıq arpa sahəsində sel-subasma hadisəsi baş verib. Müstəqil aqrar sığorta ekspertinin rəyinə əsasən, hadisə nəticəsində əkin sahəsinə 82% zərər qeydə alınıb.
Zərər dərəcəsi və azadolma məbləği nəzərə alınaraq fermerə 2 931 manat sığorta ödənişi edilib. Qeyd edək ki, dövlət dəstəyi nəzərə alınmaqla, əkin sahəsinin hər 1 hektarının sığortalanması fermerə 9,7 manata, ümumilikdə bütün əkin sahəsinin sığortası isə 49,6 manata başa gəlib.
Fermer Rasim Allahverdiyev aqrar sığorta ödənişindən və ümumilikdə Aqrar Sığorta Fondunun fəaliyyətindən razılığını bildirib, digər fermerləri də təsərrüfatlarını qorumaq üçün sığortalamağa çağırıb.
Xatırladaq ki, indiyədək Aqrar Sığorta Fondu tərəfindən Hacıqabul rayonundakı fermer və təsərrüfatlara ümumilikdə 725 190 manat sığorta ödənişi həyata keçirilib və bu məbləğ hər ay artmaqdadır.
AqrarSığortaFondufermerlərivə təsərrüfatsahiblərini özheyvanlarını, eləcə də payızlıqəkinlərdövründə əkinsahələrini, tarlabitkilərinivə meyvə bağlarını, həmçininheyvandarlıqtəsərrüfatlarını dövlətingüzəştlisığortamexanizmivasitəsilə sığortalamağa çağırır.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
12 d. əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 42 d. əvvəl
- 53 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızılın qiyməti son bir ildən artıq dövrün ən aşağı səviyyəsinə düşüb
-
2 saat əvvəl
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
1,1 milyon insanın pensiyası artırılacaq
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi











.webp)










