970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Plan-ölçü sənədi olan vətəndaşlara şad xəbər – Torpaqlar rəsmiləşdirilə biləcək

Azərbaycanda torpaq sahələrinə çıxarış alınması ilə bağlı mühüm dəyişiklik. Çıxarışı olmayan həyətyanı torpaq sahələri ilə bağlı yeni qanun layihəsi. Torpaq sahələrinin sənədləşdirilməsində illərdir davam edən problem həll oluna bilər. Torpağı olan, lakin çıxarış ala bilməyən vətəndaşlara mühüm xəbər
AzVak-mobil_resmin_ustu_31
Plan-ölçü sənədi olan vətəndaşlara şad xəbər – Torpaqlar rəsmiləşdirilə biləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Torpaq sahəsinin planı və ölçüsü sənədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas sayılacaq.

Bu, Milli Məclisin noyabrın 27-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Reklam_3_11

Qeyd edilib ki, qanun layihəsi “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq vətəndaşlara verilmiş, lakin onların mülkiyyət hüququ rəsmiləşdirilməmiş həyətyanı torpaq sahələri ilə bağlı məsələnin tənzimlənməsini nəzərdə tutur.

“Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq vətəndaşlara verilmiş həyətyanı torpaqlara dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr tərtib edilib. Bu proses 2006-cı il iyulun 6-dək davam edib. Lakin həmin vaxtdan etibarən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəd kimi dövlət reyestrindən çıxarışların verilməsinə başlanıldığı üçün şəhadətnamələrin verilməsi prosesi dayandırılıb, bunun əvəzinə Komitə tərəfindən vətəndaşlara torpaq sahəsinin planı və ölçüsü sənədi (plan-ölçü) verilməyə başlanılıb.

Nəticədə vətəndaşların bir qismi 2006-cı il iyulun 6-dək şəhadətnamə aldığı halda, digər qismi həmin müddətədək müraciət etmədiyindən onlara mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr əvəzinə yalnız texniki xarakterli plan-ölçü sənədi verilib.

Plan-ölçü hüquqmüəyyənedici sənəd olmadığından, onun əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi mümkün olmayıb. Halbuki hər iki halda torpaq sahələri vətəndaşlara torpaq islahatı çərçivəsində verilib. Eyni problem bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2006–2015-ci illərdə plan-ölçü sənədi tərtib edilmiş həyətyanı torpaq sahələrinə münasibətdə də mövcud olub.

Qanun layihəsinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2015-ci il fevralın 6-dək olan dövrdə vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədi həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas kimi müəyyən edilir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© APA

torpağa çıxarış torpağa kupça almaq plan-ölçü sənədi plan-ölçü ilə çıxarış almaq həyətyanı torpaq sahələri torpaq sənədlərinin rəsmiləşdirilməsi çıxarışı olmayan torpaqlar torpaqların sənədləşdirilməsi 2026 torpaq mülkiyyəti daşınmaz əmlakın dövlət reyestri mülkiyyət hüququ torpaq islahatı bələdiyyə torpaqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Milli Məclis 27 noyabr 2026 6 fevral 2015 daşınmaz əmlak qanunvericiliyi torpaq sahəsinin dövlət qeydiyyatı torpağa çıxarış almağın yeni qaydaları torpağa kupça verilməsi torpaq qanunvericiliyinə dəyişiklik Do you like this personality?
24.11.2026 18:28
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19