BYD qatlanan sükanlı Ti 9-u satışa çıxarıb – hibrid SUV-nin yürüş ehtiyatı 1630 kilometrə çatır (VİDEO)
Sükanı 10 saniyəyə ön panelə yığılır – BYD-nin yeni SUV-si satışa çıxdı. Elektriklə 400, benzinlə birlikdə 1 630 kilometr. Batareyası 9 dəqiqəyə 10 faizdən 97 faizə dolur – BYD-nin yeni hibridi. 5,27 metrlik SUV saatda 100 kilometrə 4,8 saniyəyə çatır.Çinin BYD şirkətinə məxsus “Fang Cheng Bao” markası noyabrın 19-da altıyerlik flaqman SUV-si Ti 9-u Çin bazarında satışa çıxarıb. Şəbəkədən doldurulan hibridin başlanğıc qiyməti 279 min 900 yuandır (təxminən 41 min 800 ABŞ dolları). Sükanı 10 saniyəyə qatlanaraq ön panelə yığılan versiya isə 329 min 900 yuana (təxminən 49 min 200 ABŞ dolları) təklif olunur.
Marja.az xəbər verir ki, “Foldable Smart Cabin” versiyasında sükan yalnız avtomobil dayanarkən qatlana bilir. Elektrik mühərrikləri sükanı 180 dərəcə qatlayaraq ön panelə çəkir. Bununla da sürücünün qarşısında dayanacaqda istirahət etmək üçün əlavə yer açılır.
Ti 9-un Çində satış qiymətləri
- 4WD Max — 279 min 900 yuan (təxminən 41 min 800 ABŞ dolları)
- 4WD Ultra — 299 min 900 yuan (təxminən 44 min 800 ABŞ dolları)
- Foldable Smart Cabin — 329 min 900 yuan (təxminən 49 min 200 ABŞ dolları)
Elektriklə 400 kilometr, hibrid rejimdə 1 630 kilometr
Ti 9-da 1,5 litrlik turbomühərrik və iki elektrik mühərriki quraşdırılıb. “DMS Super Hybrid” platforması üzərində qurulan tamötürücülü modelin ümumi gücü 400 kilovatdır (536 at gücü). Avtomobil yerindən saatda 100 kilometr sürətə 4,8 saniyəyə çatır.
İstehsalçının açıqladığı göstəricilərə görə, 66,48 kilovat-saat tutumlu “Blade 2.0” batareyası ilə Ti 9 Çin üzrə CLTC sınaq dövründə yalnız elektrik enerjisi hesabına 400 kilometrədək yol qət edir. Benzin və elektrik enerjisi birlikdə istifadə edildikdə ümumi yürüş ehtiyatı 1 630 kilometrə çatır. Batareyanın doluluğu aşağı olduqda yanacaq sərfiyyatı 100 kilometrə 6,4 litrdir. Sürətli şarjla batareyanın doluluğunu 9 dəqiqəyə 10 faizdən 97 faizə çatdırmaq mümkündür.
Uzunluğu 5,27 metr, dönmə radiusu 3,5 metr
Ti 9-un uzunluğu 5 270 millimetr, eni 1 999 millimetr, təkər bazası 3 130 millimetrdir. Arxa təkərlərin də dönməsi və “Leopard Turn” funksiyası bu ölçüdə avtomobilin dönmə radiusunu 3,5 metrə qədər azaldır. Model üçün elektriklə açılıb-yığılan qoşqu qurğusu da təklif olunur. Avtomobil çəkisi 2 tonadək olan qoşqunu darta bilir.
Salonda 30 düymlük panoramik ekran, arxa sərnişinlər üçün tavana quraşdırılmış 21,4 düymlük ekran və 11,5 litrlik soyuducu var. Hər üç sırada oturacaqlar isitmə, havalandırma və masaj funksiyaları ilə təchiz edilib. Sürücüyə yardım üçün LiDAR sensorundan istifadə edən “God’s Eye B” sistemi quraşdırılıb.
Sükanın 10 saniyəyə necə qatlandığını göstərən videoya baxın
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 2 gün sonra
- 15 d. əvvəl
- 17 d. əvvəl
-
21 d. əvvəl
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
-
29 d. əvvəl
ABB-nin 500 mindən çox müştərisi süni intellekt əsaslı bankçılıq təcrübəsindən yararlanır
-
37 d. əvvəl
Körfəz ölkələrindən Azərbaycana gələnlərin və Azərbaycandan İrana gedənlərin sayları kəskin azalıb
-
53 d. əvvəl
“AzInTelecom” Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda təmsil olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Azərbaycanlıların Gürcüstana səfərləri 19,2 faiz artıb
ABB-nin 500 mindən çox müştərisi süni intellekt əsaslı bankçılıq təcrübəsindən yararlanır
Körfəz ölkələrindən Azərbaycana gələnlərin və Azərbaycandan İrana gedənlərin sayları kəskin azalıb
Ən çox oxunanlar
"Ələt–Osmanlı üzrə tikinti işlərinin 60 faizi başa çatıb"
"2027-ci ildə daha 250 vaqon alınması planlaşdırılır"
Azər Türk Bank “atb friday” kampaniyasına start verdi ®























