970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“AzInTelecom” Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda təmsil olunub

AzVak-mobil_resmin_ustu_31
“AzInTelecom” Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda təmsil olunub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) iştirak edib.

Reklam_3_11

“Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkana regional baxış” mövzusuna həsr olunan konfrans beynəlxalq ekspertləri, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib.

Konfrans çərçivəsində keçirilən panel müzakirələrində “AzInTelecom”un Kibertəhlükəsizlik departamentinin direktoru Ruslan Dadayev çıxış edib. O, rəqəmsal suverenlik və böhran şəraitində dövlətlərin kibertəhlükəsizliyinin təmin edilməsi məsələlərinə toxunaraq rəqəmsal infrastrukturun dayanıqlığının və kibertəhlükəsizlik sistemlərinin effektiv idarə olunmasının əhəmiyyətini vurğulayıb.

Konfransda süni intellektin diplomatik münasibətlərə təsiri, texnologiya şirkətlərinin beynəlxalq proseslərdə artan rolu, informasiya müharibəsi və kiberməkanda regional əməkdaşlıq kimi aktual mövzular müzakirə olunub.

“AzInTelecom”un ICCD 2026-da iştirakı kibertəhlükəsizlik və rəqəmsal suverenlik sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsinə və tərəfdaşlıq əlaqələrinin inkişafına yönəlib.

Qeyd edək ki, ölkənin texnoloji suverenliyinin gücləndirilməsi, təhlükəsiz və dayanıqlı rəqəmsal infrastrukturun inkişafı “AzInTelecom”un fəaliyyətinin əsas istiqamətlərindəndir. Şirkət məlumatların ölkə daxilində təhlükəsiz saxlanılması və emalı üçün zəruri infrastruktur yaratmaqla, müasir bulud, kibertəhlükəsizlik və rəqəmsal identifikasiya həlləri təqdim etməklə Azərbaycanın rəqəmsal ekosisteminin inkişafına töhfə verməyi hədəfləyir.

AzInTelecom AZCON Holding Ruslan Dadayev ICCD 2026 Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans kiberdiplomatiya kibertəhlükəsizlik süni intellekt rəqəmsal suverenlik texnoloji suverenlik rəqəmsal infrastruktur informasiya təhlükəsizliyi informasiya müharibəsi kibertəhdidlər bulud texnologiyaları məlumatların təhlükəsizliyi rəqəmsal identifikasiya beynəlxalq əməkdaşlıq regional əməkdaşlıq Azərbaycanın rəqəmsal ekosistemi texnoloji müstəqillik rəqəmsal transformasiya
24.11.2026 11:46
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19