Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötüb

AzVak-mobil_resmin_ustu_31
10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötüb
iç səhifə xəbər şəkil altı (mobil)_32

2026-cı ilin 10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötmüşdür. Kredit portfelinin həcmi isə 14% artaraq 34 milyard manatı üstələmişdir. İlin əvvəlindən bankların biznes kreditləri 17% artaraq 19 milyard manata yaxınlaşmışdır. Əhalinin əmanətləri isə 15%-ə yaxın artaraq tarixi rekord 18.7 milyard manata çatmışdır.

Marja.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov "X Beynəlxalq Bankçılıq Forumu 2026" tədbirində çıxışı zamanı bildirib. 

O qeyd edib ki. son illərdə bank sektoru üzrə unikal əmanətçi sayında da artım müşahidə olunmaqdadır. 2023-cü ilin sonu ilə müqayisədə unikal əmanətçi sayı 2.2 dəfə artaraq 235 min nəfəri üstələmişdir. Əhalinin əmanətlərindəki dedollarlaşma trendləri davam etməkdədir. Hazırda əhalinin əmanətlərinin yalnız 28%-i xarici valyutadadır.

"Düşünürəm ki, qeyd olunanlar, bank sektoruna olan etimadın ən bariz göstəriciləridir. Bank sisteminin dayanıqlıq göstəriciləri də, yüksək olaraq qalır. Belə ki, sektorun məcmu kapitalı 7 milyard manat təşkil edir. Bank sistemi üzrə əsas dayanıqlıq göstəricisi olan məcmu kapitalın adekvatlıq əmsalı təxminən 17% səviyyəsindədir ki, bu da tənzimləyici tələblərimizi əhəmiyyətli dərəcədə üstələyir və gələcək texnoloji transformasiya üçün möhkəm təməl formalaşdırır",- Əliyar Məmmədyarov deyib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

24.11.2026 09:58
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19