70 000 AZN-dək kredit, 0% komissiya, 9,5%-dən başlayan faiz dərəcəsi - RABİTƏBANKDA “GREEN FRIDAY” FÜRSƏTİ ®
“Rahat bankçılıq” konsepsiyasını əsas tutan Rabitəbank müştərilərinə daha sərfəli kredit imkanları təqdim edərək “Green Friday” kampaniyasına start verib.
23–30 noyabr tarixlərini əhatə edən kampaniya çərçivəsində müştərilər 70 000 AZN-dək nağd pul kreditini 0% komissiya və 59 ayadək müddətə əldə edə bilərlər. Kredit müddətindən asılı olaraq illik faiz dərəcələri 12 ayadək 9,5%-dən, 36 ayadək 12,5%-dən, 48 ayadək 13,5%-dən, 59 ayadək isə 14,5%-dən başlayır. Bu şərtlər müştərilərə fərdi maliyyə ehtiyaclarına və ödəniş imkanlarına uyğun kredit müddətini seçmək imkanı yaradır.
Kampaniyanın üstünlükləri yalnız sərfəli kredit şərtləri ilə məhdudlaşmır. Rabitəbank müştərilərinin rahatlığını nəzərə alaraq kreditə müraciət prosesini də sadələşdirib. Belə ki, müştərilər banka gəlmədən, olduqları məkandan asılı olmayaraq, Rabitəbankın rəsmi internet saytı və ya “Rabita Mobile” tətbiqi vasitəsilə onlayn kredit sifarişi verə bilərlər. Bu isə əlavə vaxt itirmədən, bir neçə addımda kredit müraciətini həyata keçirməyə imkan yaradır.
Yalnız 8 gün davam edəcək “Green Friday” kampaniyasından yararlanmaq istəyən hər kəs 30 noyabr tarixinədək Bankın rəsmi internet saytı və “Rabita Mobile” tətbiqindən istifadə edərək və ya Rabitəbankın istənilən filialına yaxınlaşaraq nağd pul krediti üçün müraciət edə bilər. Kampaniyanın şərtləri barədə ətraflı məlumat və onlayn kredit sifarişi üçünhttps://rbt.az/npgf linkə keçid etmək kifayətdir.
Rabitəbank sərfəli maliyyə həlləri, rəqəmsal xidmətləri və müştəriyönümlü yanaşması ilə rahat bankçılığı hər kəs üçün daha əlçatan etməyə davam edir.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 2 gün sonra
-
1 saat əvvəl
Plan-ölçü sənədi olan vətəndaşlara şad xəbər – Torpaqlar rəsmiləşdirilə biləcək
-
1 saat əvvəl
Expressbank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib ®
-
2 saat əvvəl
"AzTelco Group" fəaliyyətini "NaVis Group" adı ilə davam etdirəcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Aylıq 445 manatdan –Daha 90 tam təmirli mənzil kirayə mexanizmi ilə təklif olunur
-
4 saat əvvəl
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Expressbank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
İri şəbəkə Buzovnada mağaza açır
SOCAR Çin şirkəti ilə neft-kimya və istehsalın modernləşdirilməsi sahəsində əməkdaşlığı müzakirə edib
Əczaçılıq sektorunda 41 milyard dollarlıq sövdələşmə
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®






















