970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Hesablanmış verginin 25%-i ödənilməyəcək - Sahibkarlara yeni vergi güzəşti

Kiçik sahibkarlara 5 il müddətinə 25%-lik vergi güzəşti veriləcək – ŞƏRTLƏR
iç səhifə xəbər başlığı altı (mobil)_31
Hesablanmış verginin 25%-i ödənilməyəcək - Sahibkarlara yeni vergi güzəşti
iç səhifə xəbər şəkil altı (mobil)_32

SİNXRON: DÖVLƏT VERGİ XİDMƏTİNİN İDARƏ RƏİSİNİN MÜAVİNİ – GÜNEL BƏHRAMQIZI:

Reklam_3_11

Kiçik sahibkarlıq subyektləri məşğulluğun təmin edilməsində və iqtisadi aktivliyin davamlılığında mühüm rol oynayır. Bir sıra hallarda kiçik sahibkarlar müəyyən səbəblərdən orta kateqoriyaya keçə bilməsələr də, uzun müddət stabil fəaliyyətlərini davam etdirirlər. Onların fəaliyyətinin dəstəklənməsi məqsədilə Vergi Məcəlləsinə dəyişiklik layihəsində yeni güzəşt mexanizmi nəzərdə tutulur.

Belə ki, kiçik sahibkarlıq subyekti kateqoriyasında ən azı iki il fəaliyyət göstərən, vergi borcu olmayan və dövriyyəsi əvvəlki illə müqayisədə 30 faizdən çox azalmayan sahibkarlıq subyektlərinə gəlir (mənfəət) vergisi məbləğinin 25 faizi həcmində güzəşt veriləcək. Güzəşt 5 il müddətinə, vergi ili üzrə əmək münasibətləri pozulmadığı halda tətbiq olunacaq.

Bu yanaşma kiçik sahibkarların fəaliyyətini sabitləşdirəcək, dövriyyənin süni şəkildə azaldılmasının qarşısını alacaq və rəsmi məşğulluğun qorunmasına şərait yaradacaq. Eyni zamanda, vergi borcu olmayan, əmək münasibətlərini pozmayan və stabil fəaliyyət göstərən subyektlərin dəstəklənməsi sahibkarların vergi öhdəliklərini könüllü yerinə yetirməsinə təkan verəcək.

Nümunə: 2026-2027-ci illərdə kiçik sahibkarlıq subyekti kimi fəaliyyət göstərən müəssisənin 2026-cı ildə dövriyyəsi 500.000 manat, 2027-ci ildə isə 700.000 manat olub. Yəni illik dövriyyə əvvəlki illə müqayisədə artıb. 2027-ci ildə müəssisənin xərclərinin 300.000 manat olduğu nəzərə alınmaqla, 80.000 manat mənfəət vergisi hesablanıb. Müəssisənin dövlət büdcəsinə vergi borcu olmadığı və əmək münasibətlərini pozmadığı təqdirdə, yeni güzəşt mexanizminə əsasən, 2027-ci ildə həmin vergi məbləğinin 25 faizi (20.000 manat) azaldılır və müəssisə 80.000 manat əvəzinə 60.000 manat vergi ödəyir.

kiçik sahibkarlara vergi güzəşti 25 faiz vergi güzəşti 2027-ci il vergi dəyişiklikləri Vergi Məcəlləsinə dəyişikliklər 5 illik vergi güzəşti Azərbaycanda vergi güzəştləri kiçik sahibkarlıq subyektləri kiçik biznes gəlir vergisi mənfəət vergisi sahibkarların vergi yükü vergi borcu illik dövriyyə vergi güzəştinin şərtləri əmək münasibətləri rəsmi məşğulluq sahibkarlığa dövlət dəstəyi Dövlət Vergi Xidməti yeni vergi mexanizmi vergi öhdəlikləri sahibkarlar üçün vergi yeniliklər
24.11.2026 15:27
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19