Aylıq 445 manatdan –Daha 90 tam təmirli mənzil kirayə mexanizmi ilə təklif olunur
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir. Binəqədidə 31, Sumqayıtda 31, Sarayda 28 mənzil. 1, 2 və 3 otaqlı təmirli mənzillər – aylıq ödənişlər 445 manatdan başlayır. Dekabrın 1-də “Mygov”da 90 mənzil seçimə açılırİpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 31 mənzil, Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində 31 mənzil və Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksində 28 mənzil olmaqla, ümumilikdə 90 ədəd yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir. Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 445 manatdan başlayır.
Yeni mənzillər 01 dekabr 2026-cı il tarixində, saat 15:00-dan etibarən seçimə təqdim olunacaq. Vətəndaşlar yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və yaşayış sahələrinin seçimi “Mygov” portalında yerləşən “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən həyata keçiriləcək. Ərizəçilər müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə təsdiq edə biləcəklər. Vətəndaşlar “SİMA İmza”nın biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid vasitəsilə tanış ola bilərlər.
Eyni zamanda bildiririk ki, hər kəs üçün bərabər seçim imkanının yaradılması məqsədilə imtinalardan formalaşan yaşayış sahələrinin seçimə təqdim edilməsi hər iş günü saat 11:00-dan etibarən elektron sistem tərəfindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi barədə ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən (mcgf.gov.az), “YouTube” kanalından (youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 2 gün sonra
-
1 saat əvvəl
Plan-ölçü sənədi olan vətəndaşlara şad xəbər – Torpaqlar rəsmiləşdirilə biləcək
-
1 saat əvvəl
Expressbank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib ®
-
2 saat əvvəl
"AzTelco Group" fəaliyyətini "NaVis Group" adı ilə davam etdirəcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Aylıq 445 manatdan –Daha 90 tam təmirli mənzil kirayə mexanizmi ilə təklif olunur
-
4 saat əvvəl
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Expressbank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
İri şəbəkə Buzovnada mağaza açır
SOCAR Çin şirkəti ilə neft-kimya və istehsalın modernləşdirilməsi sahəsində əməkdaşlığı müzakirə edib
Əczaçılıq sektorunda 41 milyard dollarlıq sövdələşmə
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®






















