Elxan Bəşirov: Hazırda dəmir yolu xəttində daşınmaların tarifi çox yüksəkdir
"Azərbaycanın inşaat materialları istehsalçıları elə düşünürlər ki, Bakı-Tbilisi-Qars fəaliyyətə başlayandan sonra hökumətimizin müvafiq strukturları inşaat materiallarının dəmir yolu daşımaları tariflərinə yenidən baxacaq və istehsal potensialımızın artmasına təkan verəcək daha münasib tariflər müəyyənləşdirəcəklər".
Bakı-Tbilisi-Qars dəmir yolu sahibkarlığın inkişafı üçün yeni perspektivlər açır.
"Marja" xəbər verir ki, bunu Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri, “Mətanət A” şirkətinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Elxan Bəşirov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.
Elxan Bəşirov yazıb: “Tale elə gətirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun keçdiyi Cənubi Qafqaz planetin əhalisinin 65 faizinin yaşadığı, dünyanın enerji resurslarının 75 faizinin cəmləşdiyi və dünyanın ümumi daxili məhsulunun 40 faizinin istehsal olunduğu nəhəng bazarların formalaşdığı Avrasiya kontinentinin mərkəzində qərarlaşıb. Etibarlı, sərfəli və sürətli nəqliyyat Azərbaycanın biznes adamlarının bu bazarlardan faydalanmasına, iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə böyük imkanlar açacaq. Xüsusilə Azərbaycanda inşaat materiallarının əsas istehsalçıları olan “Mətanət A”, Akkord, Holcim və sair şirkətlər xarici bazarlarla bağlı olan bir çox layihələrinin gələcək uğurlarını bu layihə ilə bağlayırlar”.
İş adamı məqaləsində qeyd edib ki, müasir dünyada istənilən təcrübəli iş adamı biznesdə logistika imkanlarının nə qədər mühüm və lazımlı olduğunu yaxşı başa düşür. Nahaq deyil ki, dünyanın ən iri şirkətlərində logistika bölmələri fəaliyyət göstərir:
“Ümumiyyətlə, istehsalçı şirkətin əsas vəzifəsi heç də keyfiyyətli və rəqabətqabiliyyətli məhsul istehsalı ilə başa çatmır. Çünki məhsul istehlakçıya çatana qədər mütəxəssislərin görə bildiyi uzun bir prosesdən keçir. Bu prosesin və biznesin dəyər zəncirinin mühüm bir hissəsi məhz onun daşınması ilə bağlıdır.
Bizneslə məşğul olan hər bir insan, xüsusilə istehsalla məşğul olan şirkətlər tez-tez belə suallarla qarşılaşmalı olurlar: yükün çatdırılması xərclərini necə azaltsınlar və ya məhsulun çatdırılması yollarını necə sadələşdirsinlər, ən az məsrəflər tələb edən və daha az vaxt tələb edən ən qısa marşrutu necə seçsinlər. Beləliklə, logistika bir çox digər problemlərin həllinə yardım edir. Məsələn, ticarət-istehsal prosesini optimallaşdırmasına, xidmətlərə sərf edilən vaxta qənaət etməyə, nəqliyyatın monitorinqini keçirməyə, istehsal və nəqliyyat xərclərini azaltmağa. Bütün bu məsələlər şübhəsiz məhsulun qiymətinin formalaşmasında çox ciddi şəkildə öz rolunu oynayır.
Etiraf etmək lazımdır ki, hal-hazırda dəmir yolu xəttində daşınmaların tarifi çox yüksəkdir. Məsələn, Bakıdan Tbilisiyə 1 ton inşaat materialının dəmir yolu nəqliyyat xərci 25-30 manatdır. Bu da məsələn, tikinti materiallarının maya dəyərinin 30 faizini təşkil edir. Dövlət başçısının ixracyönümlü məhsulların həcminin və çeşidinin artırılması tövsiyəsini qarşıya vəzifə kimi qoyan Azərbaycanın inşaat materialları istehsalçıları elə düşünürlər ki, BTQ fəaliyyətə başlayandan sonra hökumətimizin müvafiq strukturları inşaat materiallarının dəmir yolu daşımaları tariflərinə yenidən baxacaq və istehsal potensialımızın artmasına təkan verəcək daha münasib tariflər müəyyənləşdirəcəklər. Bu halda diferensial tariflər də tətbiq edilə bilər, yəni dəmir yolu tarifləri məhsul növlərinə görə dəyişir (dəmir yolu xərcləri maya dəyərində 30 faiz pay tutan tikinti materialları üçün tariflər aşağı endirilə və dəmir yolu xərcləri maya dəyərində 3-5 faiz pay tutan məhsullar üçün isə olduğu kimi qala bilər).
Təsəvvür edək ki, “Mətanət A”, Akkord, Holcim kimi şirkətlər öz məhsullarını Hindistana və ya Pakistana göndərməlidir. Daşınma yolları müxtəlif ola bilər - konteyner yükləri dəmir yolla, avtomobillərlə, su nəqliyyatı marşrutu ilə. Burada seçim etməliyik ki, daşınmanın hansı variantı daha tez və daha aşağı qiymətə başa gəlir. Şübhəsiz, burada yükün daşınması riskləri, onun hansı ölkələrdən keçməsi və bu ölkələrdə daxili siyasi şəraitin hansı vəziyyətdə olması da nəzərə alınır. Amma tariflər, daşınma xərcləri daha önəmli əhəmiyyət daşıyır.
Bu parametrlərdən çıxış etmiş olsaq, o zaman Bakı-Tbilisi-Qars dəmir yolu regional siyasi əhəmiyyəti, dövlətlərarası əməkdaşlıq və dostluq münasibətlərinin inkişafında mühüm rol oynamaqla yanaşı, region ölkələrinin ticarət-iqtisadi əlaqələrinin dərinləşməsinə, özəl şirkətlərin, biznes strukturlarının inkişafına da çox güclü təkan verəcək. Xüsusilə Azərbaycanda ixracyönümlü sahibkarlığın inkişafında bu dəmir yolunun rolu və əhəmiyyəti son dərəcə artacaq.
Artıq fəaliyyətə başladığı ilk gündən, Avropa İttifaqının BTQ dəmir yolunun açılışı ilə bağlı yaydığı bəyanatda da bu yolun biznes və kommersiya sahələrinin inkişafına müstəsna töhfələr verəcəyi öz əksini tapır. Qurumun yaydığı bəyanatda deyilir: “Avropa İttifaqı yeni dəmir yolu dəhlizini dəstəkləyir. Bu investisiyalar, infrastrukturların təkmilləşdirilməsi və logistikanın koordinasiyası, kommunikasiyaların daha yaxşı tənzimlənməsinə, biznes üçün yeni imkanların yaradılmasına və ticarətin artmasına yardım edəcək”. Şərhsiz də aydındır ki, bu yolla daşınacaq yüklərin əsas hissəsi elə özəl şirkətlərin, istehsal müəssisələrinin və kommersiya qurumlarının payına düşəcək. Onların həcmi isə elə də kiçik deyil”.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
- 4 d. əvvəl
- 18 d. əvvəl
-
19 d. əvvəl
Dövlət şirkətlərindən gözlənilən dividendlər 17 milyon manat artırılır
- 22 d. əvvəl
-
33 d. əvvəl
Direktor həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
-
40 d. əvvəl
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
-
42 d. əvvəl
Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Texnologiya və innovasiya sahəsində güzəştlərlə bağlı genişmiqyaslı dəyişikliklər təsdiqlənib – Kimlərə şamil olunur?
Naxçıvana dotasiya 6 %-dən çox azaldılır
Ən çox oxunanlar
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
Azərbaycanda içki istehsalçısının illik satış gəlirləri 7,3 milyon manat artaraq 60 milyon manatı keçib
Xərçəng peyvəndinin müsbət nəticələrinə baxmayaraq, Moderna-nın səhmləri 25%-dək ucuzlaşdı
SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər
"1 kvadratmetri başlayanda 4 min dollar idi, indi 8 min dollardır"

























