“Səhmdarımız pul ayırmağa qərar verib, kəndlərdə kredit verəcəyik”
2014-cü ilin sonunda 220 milyon manat cəmi aktivlərə, 185 milyon kredit portfelinə və 65 filiala malik olan “FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatı devalvasiyalar ilə əlaqədar olaraq kəskin şəkildə kiçilmişdi. 2017-ci ilin sonunda “FINCA Azerbaijan”ın cəmi aktivləri təxminən 8 milyon manatadək, kredit portfeli 3 milyon manatadək, filiallarının sayı isə 5-dək düşmüşdü.
Çətinliklər olsa da “FINCA Azerbaijan” ötən 3 il ərzində borclu müştərilər ilə işləməkdə davam edib, çətinliyi olan müştərilərə dəstək verib, bununla da problemli kreditləri və özünün kredit borcunu kəskin azaldıb. 2019-cu ildən “FINCA Azerbaijan” yenidən böyümək üçün hərəkətə keçib.
“AZƏRBAYCANDA VƏZİYYƏTİN DÜZƏLDİYİNİ GÖRÜRÜK”
“Marja”nın məlumatına görə, “FINCA Azerbaijan”ın üzrə direktoru Timoti Tarrant jurnalistlər ilə görüşündə bildirib ki, 2018-ci ildə təşkilatın sağlamlaşdırılması böyük ölçüdə tamamlanıb və mənfəət əldə edilib:
“Biz artıq görürük, müəyyən müddətdir ki, Azərbaycanda göstəricilər yaxşılaşıb, vəziyyət düzəlir. Bu düzəlmiş bazar şəraitində “FINCA Azerbaijan” yaxşı mövqedədir. Son 3 ərzində “FINCA Azerbaijan” ödəniş etməkdə çətinlik çəkən müştərilər ilə işləməyə fokuslanmışdı. 2017 və 2018-ci illəri “FINCA Azerbaijan” mənfəət ilə başa vurub. 2019-cu ildə də güclü maliyyə göstəriciləri gözləyirik”.
“SƏHMDARIMIZ 2019-DA KAPİTALI ARTIRACAQ”
Timoti Tarrant əlavə edib ki, “FINCA Azerbaijan”ın son 3 ildəki uğurlu fəaliyyəti səhmdarı razı salıb və 2019-cu ildə “FINCA Azerbaijan”ın kapitalının artırılmasına qərar verilib:
“Bu kapital 2019-cu ildə bizə imkan yaradacaq ki, kənd ərazilərində öz əməliyyatlarımızı genişləndirək. Bizim səhmdarımız “FINCA Impact Finance's” düşünür ki, Azərbaycan bazarının çox böyük iqtisadi imkanları var və gələcəyə optimist yanaşır.
“FINCA Azerbaijan”ın məqsədi dəyişməyib, kənd ərazilərində xüsusilə kənd təsərrüfatı kreditlərinin verilməsinə fokuslanacağıq. Daha çox səmərəlilik üzərində dayanacağıq və iqtisadi şoklara hazırlıqlı olacağıq. Kənd yerlərində məsuliyyətli maliyyə xidmətləri göstərməyə davam edəcəyik”.
YENİ MÜŞTƏRİLƏRƏ 2020-DƏN XİDMƏT GÖSTƏRİLƏCƏK
Timoti Tarrant vurğuladı ki, “FINCA Azerbaijan” 2019-cu ildə mövcud müştərilərinə xidmət göstərəcək, təşklat yeni müştərilərə isə 2020-ci ildə açıq olacaqdır.
2019-DA 8 YENİ FİLİAL AÇILACAQ
“FINCA Azerbaijan”ın rəhbəri qeyd etdi ki, 2019-cu ildə Abşeron yarımadasından kənarda yeni filiallar açılacaqdır. Filialların açılacağı rayon və şəhərlərin adları isə hələlik açıqlanmır:
“Ötən illər ərzində şəbəkəmizi kiçiltdik. Çətin bir dövr idi. Hazırda yenidən böyüyürük. “FINCA Azerbaijan” 2019-cu ildə regioanlarda 8 filial açmağı planlaşdırır. Artıq açılması nəzərdə tutulan filiallardan biri Ağsuda istifadəyə verilib. Kçik və orta sahibkarlara məsuliyyətli maliyyə xidmətləri göstərməyi qarşımıza məqsəd qoymuşuq”.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏRİN 4 DƏFƏ ARTIRILMASI PLANI
2019-cu ildə “FINCA Azerbaijan”ın kredit portfelinin ən azı 4 dəfə artırılması nəzərdə tutulur:
“Hazırda 5 minə yaxın müştərimiz və 8- 9 milyon manat civarında kredit portfelimiz var. Bizim planımız portfeli bu il 38-39 milyon manat səviyyəsinə qaldırmaqdır. İlin əvvəlindən yavaş-yavaş başlamışıq, ilin ikinci yarısından isə əməliyyatları sürətləndirəcəyik”.
Timoti Tarrant əlavə edib ki, “FINCA Azerbaijan” müştərilərə tarixçələrindən asılı olaraq girovsuz kreditlər təklif edir.
Müştərilərin xəbərləri
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
29 d. əvvəl
Google-un sahibi üçün "qara" gün – Şirkətin bazar dəyərindən yarım trilyon dollar silindi
-
41 d. əvvəl
“Starbucks”ın xalis mənfəəti 5 dəfə artıb, lakin gəlirləri proqnozdan aşağı qalıb
-
13 saat əvvəl
Avtomobil nəhəngi milyardlarla avro zərərə düşdü – Zavodların bağlanması gündəmdədir
-
13 saat əvvəl
Avropa Mərkəzi Bankı faizləri dəyişmədi – Enerji qiymətlərinin artması ilə bağlı xəbərdarlıq etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
Maliyyə Nazirliyinin hərraclarının əksəriyyəti baş tutmur – səbəbi açıqlanıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Dollar alışında ailə üzvlərinə məhdudiyyət var? – Taleh Kazımov üçün SÜRPRİZ
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Avtomobil nəhəngi milyardlarla avro zərərə düşdü – Zavodların bağlanması gündəmdədir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - “Həmin maddəni masanın üstünə qoyun”
Ən çox oxunanlar
Valyuta hərraclarında nə qədər dollar satıldığı açıqlanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama



























