“O butikin bir kvadratına görə 210 min avro qazandıq”
Azərbaycanlı iş adamı Araz Ağalarovun sahibi olduğu “Krokus Group” şirkətinin 30 yaşı olur. “Forbes” jurnalının əməkdaşı bu münasibətlə şirkətin 15 illik prezidenti Araz Ağalarov və vitse-prezidenti Emin Ağalarovla görüşərək son dövrlər iqtisadiyyatda baş verən artım və inflyasiyanın onların işinə təsir edib-etmədiyi ilə maraqlanıb.
Ata Ağalarov 2001-2008-ci illərin nəinki biznes, eləcə də ölkə üçün olduqca uğurlu illər olduğunu bildirib:
“Qızıl ehtiyatları 20 dəfə, ümumdaxili məhsul 5 dəfə, xarici investisiyalar isə 6 dəfə artdı. O zaman neft bahalaşanda valyuta dəhlizi anlayışı var idi: Səkkiz il ərzində dollar təxminən 30 rubl dəyərində oldu. Belə şəraitdə bəzi uzunmüddətli layihələri planlaşdırmaq mümkün idi. Bu gün dollar gah bahalaşır, gah da ucuzlaşır və dollardan asılı olaraq uçot dərəcəsi də gah artır, gah da azalır.
Bu gün Rusiya iqtisadiyyatında geriləmə müşahidə olunur. Belə ki, şirkətlər bağlanır, səhmlər dəyərsizləşir. Mənim proqnozuma görə, dolların qiyməti sabitləşdikdə Rusiya iqtisadiyyatı da inkişafa doğru gedəcək”.
Emin Ağalarov jurnalistin “2002-ci ildə Rusiya iqtisadiyyatında problemlər olduğu zamanda “Krokus Siti Mall”u açdınız. O zamanlar belə lüks ticarət mərkəzi açmaq ağılsızlıq kimi görünürdü. Siz gördüyünüz işdən bu qədər əmin idinizmi?” sualına cavabında bildirib:
“Araz İskenderoviç gələcək inkişaf üçün açıq bir plan olmadan nəsə icad etməyi və qurmağı xoşlayır. O vaxt bizim müsbət nəticəyə inamımız var idi. Lakin deyim ki, “Krokus Siti Mall” fikri ilə biz çox risk etdik.
İlk 6 ayda 50 müxtəlif brendin mağazasını açdıq. Bu, bizim ən uğurlu layihəmizdir. “Krokus Siti Mall” hər ay milyona yaxın ziyarətçiləri olan “Vegas”ın ticarət mərkəzlərindən 2 dəfə uğurludur. Burada aylıq ortalama 10 dəfə yüksəkdir. Məsələn, ötən il “Chanel” butiki “Krokus”da dünyanın bütün marka butikləri ilə müqayisədə kvadrat metrinə görə ən yüksək satış nəticəsi göstərdi, yəni, 210 min avro (400 min 806 AZN) əldə etdik. Bu, o deməkdir ki, biz hər şeyi düzgün etmişik.
“Krokus Siti Mall” üzərində 15 il işləmək... Bu, mənim indiyə qədər məşğul olduğum ən çətin layihələrdəndir. Və mənə bütün bu mərhələlərdən yenidən keçmək təklif olunsa, imtina edərdim.
E.Ağalarov 3 il öncə rublun dəyərdən düşməsi nəticəsində icarə xərclərinin yarıbayarı azaldığını bildirib: “O zaman butiklərdə vəziyyət pisləşsə də, restorandan əldə edilən gəlirlər eyni səviyyədə qaldı. Elə o zaman mən fikrimi restoran işinə yönləndirdim. O zamandan bu günə qədər artıq 25 restoran, 3 butik açmışam”.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© "Qafqazinfo"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
3 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
2 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
- 33 d. əvvəl
- 46 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Gömrük Komitəsi: Azərbaycan-Gürcüstan sərhədində TIR sıxlığı aradan qaldırılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Banklarda 40 milyard manatdan çox depozit toplanıb
Əhalinin banklara borcu artır: İstehlak kreditləri 10 milyard manatı keçib - Bir ildə 1 milyard manat artım
Ən çox oxunanlar
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşdı
Avqustun 27-də gözlənilən hava şəraiti
Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur
Azərbaycan bankları 7 aya 859 milyon manat xalis mənfəət əldə edib
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI























