“AccessBank”dan 100 milyon manata yaxın gəlir – QAZANCI XƏRCİNİ ÖDƏDİ
“AccessBank” QSC 2019-cu ilin yanvar-sentyabr dövrü üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” Bankın hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “AccessBank”ın faiz gəlirləri 5 milyon 40 min manat artaraq 70 milyon 371 min manat təşkil edib.
QEYRİ-FAİZ GƏLİRLƏRİNDƏ SIÇRAYIŞ
2018-ci ilin yanvar-sentyabr dövründə qeyri-faiz gəlirləri qazanmamış "AccessBank”, 2019-cu ilin eyni dövründə 25 milyon 581 min manat qeyri-faiz gəlirləri əldə edib.
2019-cu ilin yanvar-sentyabr dövründə “AccessBank”ın cəmi gəlirləri 95 milyon 952 min manat təşkil edib
DAHA ÇOX FAİZ GƏLİRİNİ DAHA AZ XƏRCLƏ ƏLDƏ EDİB
2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövründə “AccessBank”ın faiz xərcləri 3 milyon 399 min manat azalaraq 35 milyon 960 min manat, qeyri-faiz xərləri isə 1 milyon 592 min manat artaraq 45 milyon 758 min manat təşkil edib.
2019-cu ilin yanvar-sentyabr dövründə “AccessBank”ın cəmi xərcləri 81 milyon 718 min manat olub.
GƏLİRLƏR XƏRCLƏRDƏN 14 MİLYON ÇOX OLUB
Cəmi gəlirlər cəmi xərcləri üstələdiyindən Bankın 14 milyon 234 min manat əməliyyat mənfəəti yaranıb. Halbuki, ötən ilin 9 ayında bank 25 milyon 667 milyon manat əməliyyat zərəri ilə üzləşmişdi.
Faiz gəlirlərinin artması ilə bərabər faiz xərclərinin azalması, qeyri-faiz gəlirlərinin bərpa olunması “AccessBank”ın əməliyyat mənfəəti əldə etməsini təmin edib.
Cari ilin 9 ayında “AccessBank” ehtimal olunan kredit itkiləri üçün ehtiyat yaratmaqda davam edib. Bank xüsusi ehtiyatın yaradılmasına 104 milyon 735 min manat ayırıb və bunun nəticəsində 90 milyon 501 min manat xalis zərər yaranıb. Gələcəkdə kredit itkiləri baş verməsə “blok” edilən bu vəsaitlər azad olacaq və mənfəətə əlavə ediləcəkdir.
Qeyd edək ki, əməliyyat mənfəəti bankın cari biznes fəaliyyətinin nəticəsini daha dəqiq göstərir. Ehtiyatın yaradılması üçün vəsaitin böyük hissəsi kapitalın hesabına ayrılır.
90 MİLYON MANATDAN ÇOX CƏMİ KAPİTALI VAR
Bu ilin 90 milyon 501 min manat xalis zərər ilə “AccessBank”ın yığılmış zərəri 172 milyon 258 min manata çatıb. Bank 258 milyon 718 min manat nizamnamə kapitalına malik olduğundan bu zərər ödənib və bundan sonra “AccessBank”ın 93 milyon 93 min manat cəmi kapitalı da mövcuddur.
30 Sentyabr 2019-cu il tarixində “AccessBank”ın cəmi aktivləri 824 milyon 276 min manat, o cümlədən xalis kreditlər 498 milyon 979 min manat təşkil edib. 31 Dekabr 2018-ci il tarixində “AccessBank” 878 milyon 688 min manat cəmi aktivlərə, o xümlədən 542 milyon 488 min manat xalis kredit portfelinə malik idi.
DEPOZİTLƏRDƏ YENİ REKORD
Ötən ilin sonunda 501 milyon 138 min manat təşkil etmiş cəmi depozitlər Sentyabr ayının sonunda 646 milyon 713 min manata çatıb və bu, yeni rekorddur. 9 ay ərzində fiziki və hüquqi şəxslərin hesablarının 145 milyon 575 min manat artması “AccessBank”a etibarın yüksək olduğuna, müştərilərinin sayının və onların gəlirlərinin artdığına işarədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
13 d. əvvəl
Mərkəzi Bankdan sanksiyalar altındakı İran bankı ilə bağlı açıqlama
- 17 d. əvvəl
-
24 d. əvvəl
Azərbaycan şirkətinin Daşkənddəki nəhəng layihəsində yenilik – İki dünya brendi bir kompleksdə
-
37 d. əvvəl
İcbari Sığorta Bürosu “We Invest in People – Silver” beynəlxalq akkreditasiyasına layiq görülüb
- 51 d. əvvəl
-
53 d. əvvəl
QR kod vasitəsilə ödənişlərin qəbulu üzrə tariflər daha aşağıdır - KAZIMOV SAHİBKARLARA ÇAĞIRIŞ ETDİ
-
1 saat əvvəl
Mərkəzi Bank yerli ödəniş alətini hazırlayıb, hazırda sınaqları həyata keçirilir
-
1 saat əvvəl
Taleh Kazımov: Kartdan-karta 66 milyard manat köçürülməsi normal deyil
-
1 saat əvvəl
Mərkəzi Bank Visa və Mastercard-dan qiymətləri endirməyi istəyir - İlin sonuna nəticə gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Mərkəzi Bankdan sanksiyalar altındakı İran bankı ilə bağlı açıqlama
Azərbaycan şirkətinin Daşkənddəki nəhəng layihəsində yenilik – İki dünya brendi bir kompleksdə
Oktyabrın 30-da gözlənilən hava şəraiti
QR kod vasitəsilə ödənişlərin qəbulu üzrə tariflər daha aşağıdır - KAZIMOV SAHİBKARLARA ÇAĞIRIŞ ETDİ
Ən çox oxunanlar
Mərkəzi Bank Visa və Mastercard-dan qiymətləri endirməyi istəyir - İlin sonuna nəticə gözlənilir
Mərkəzi Bankın sədri Taleh Kazımovdan mühüm açıqlamalar - "Mərkəzi Bank kart limitlərini dəstəkləyir"
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
İcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumat
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI

























