Çindən 10 ayda 224 milyard ədəd maska ixracı - 54 MİLYARD DOLLAR QAZANIB
Çin, 2020-ci ilin 10 ayda dünyaya 224 milyard ədəd maska satdığını açıqladı. Bu rəqəm, Çin xaricindəki dünya əhalisində hər adama 10 maska satışı mənasını verir. Pandemiya ilə əlaqəli məhsulların satışı ilə, Çin dekabrda 78,2 milyard dollarlıq rekord xarici ticarət profisitinə imza atıb.Koronavirus pandemiyasının ilk ortaya çıxdığı ölkə olan Çin, epidemiyanı sürətlə nəzarət altına aldıqdan sonra bu dövrü fürsətə çevirib.
Marja xəbər verir ki, Çin Gömrük Komitəsinin sözcüsü Li Kuiwen, ölkəsinin 2020-ci ilin mart-dekabr dövründə dünyaya 224 milyard ədəd maska satdığını, bu rəqəmin Çin xaricindəki dünya əhalisinin hər birinə 40 maska satıldığı mənasını verdiyini açıqlayıb.
52 MİLYARD DOLLARLIQ MASKA İXRACI
O, Çinin bu dövrdəki maska ixracının cəmi dəyərinin 340 milyard yuan (52 milyard dollar) olduğu, Çinin cəmi ixracında maska ixracının payının 2% olduğunu qeyd edib.
Li, Çinin 2020-ci ildə tibbi avadanlıq vədərman ixracının keçən ilin eyni dövrü ilə müqayisədə 31% artdığını, maska xaricində 100 milyard yuanlıq (15 milyard dollar) digər qoruyucular ixrac edildiyini bildirib.
Bloomberg, Çinin maska ixracının, pandemiya dövründə Çinin dünyadakı ixrac hakimiyyətini ən yaxşı əks etdirən məhsul olduğunu vurğulayıb.
Maska, xəstəxana paltarları və önlükləri, tənəffüs cihazları və pandemiya ilə əlaqəli digər məhsullar ilə bərabər kompüter kimi evdən işin tələb etdiyi məhsulların ixracındakı artımlar, Çinin cəmi ixracının artımasına səbəb olub.
XARİCİ TİCARƏT PROFİSİTİNDƏ REKORD
Çin iqtisadiyyatı dekabrda 78,2 milyard dollarla rekord xarici ticarət artıqlığı (profisit) verib. 2020-ci ildəki cəmi xarici ticarət profisiti isə 2019-cu illə müqayisədə 27% artımla 535 milyard dollar təşkil edib. Bu rəqəm, 2015-ci ildən sonra ən yüksək xarici ticarət profisitidir.
Ticarət müharibəsinə baxmayaraq Çinin ABŞ-a ixracatı dekabrda keçən ilin eyni dövrü ilə müqayisədə 34,5% artıb.
ABŞ ilə ticarətdə Çinin xarici ticarət profisiti 2020-də 2019-cu illə müqayisədə 7% artımla 317 milyard dollar olub.
Çinin cəmi ixracı dekabrda 18,1% artıb. Noyabrda illik artım nisbəti 21,1% idi.
Qısası, dünyada peyvəndləmə başlasa da ABŞ-dan Yaponiyaya qədər bir çox ölkədə koronavirusa yoluxanlar və ölüm sayları rekordlar qırmağa davam edərkən, Çinin ixracı da artımını davam etdirir.
"China’s export dominance during the coronavirus pandemic is best reflected by the item that’s become essential in protecting against the virus: face masks.
Factories exported 224 billion of masks from March through December, equal to almost 40 masks for every person in the world outside of China, Li Kuiwen, an official from the General Administration of Customs, told reporters Thursday. The shipments were worth 340 billion yuan ($52 billion), which is about 2% of all Chinese exports in 2020".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
3 d. əvvəl
Azərbaycanda dövlət xidmətlərinə süni intellekt gəlir – Yeni platforma yaradılacaq
-
10 d. əvvəl
Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsinin mətnini dövlətçilik əleyhinə hesab edir
-
31 d. əvvəl
Mərkəzi Bankdan kiçik banklara mesaj – Birləşmə və satınalma çıxış yolu ola bilər
-
40 d. əvvəl
Mərkəzi Bankdan sanksiyalar altındakı İran bankı ilə bağlı açıqlama
- 44 d. əvvəl
-
51 d. əvvəl
Azərbaycan şirkətinin Daşkənddəki nəhəng layihəsində yenilik – İki dünya brendi bir kompleksdə
-
1 saat əvvəl
İcbari Sığorta Bürosu “We Invest in People – Silver” beynəlxalq akkreditasiyasına layiq görülüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
QR kod vasitəsilə ödənişlərin qəbulu üzrə tariflər daha aşağıdır - KAZIMOV SAHİBKARLARA ÇAĞIRIŞ ETDİ
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Mərkəzi Bankdan sanksiyalar altındakı İran bankı ilə bağlı açıqlama
Azərbaycan şirkətinin Daşkənddəki nəhəng layihəsində yenilik – İki dünya brendi bir kompleksdə
İcbari Sığorta Bürosu “We Invest in People – Silver” beynəlxalq akkreditasiyasına layiq görülüb
Ən çox oxunanlar
Oktyabrın 30-da gözlənilən hava şəraiti
QR kod vasitəsilə ödənişlərin qəbulu üzrə tariflər daha aşağıdır - KAZIMOV SAHİBKARLARA ÇAĞIRIŞ ETDİ
Mərkəzi Bank Visa və Mastercard-dan qiymətləri endirməyi istəyir - İlin sonuna nəticə gözlənilir
Mərkəzi Bankın sədri Taleh Kazımovdan mühüm açıqlamalar - "Mərkəzi Bank kart limitlərini dəstəkləyir"
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
İcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumat
























