Ruslar Ukraynada atom elektrik stansiyasına hücum etdi - təcili Bayden Zelenski ilə danışdı
Ruslar Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasını atəşə tutub və stansiyada yanğın baş verib. Zaporojya Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyası və dünyanın 10 ən böyük atom elektrik stansiyasından biri kimi tanınır. Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiya hərbçilərinin Zaporojye Atom Elektrik Stansiyasına hücumları dayandırılmalı və partlayış olarsa, bu, Avropanın sonu olacaq.Ukrayna Fövqaladə Hallar Xidməti Rusiya ordusunun Zaporojye atom elektrik stansiyasına (AES) hücumu haqqında operativ məlumat yayıb.
Məlumatda bildirilir ki, AES-in qarşısındakı təlim binasında yanğın baş verib. Döyüş davam etdiyindən yanğınsöndürənlərin onu söndürülməsinə imkan verilməyib. Xilasedicilər hazır vəziyyətdədir.
Saat 02:26-da Enerqodar şəhərində Zaporojjya AES-də üçüncü enerji bloku vahid enerji sistemindən ayrılıb.
"İşğalçılar Avropanın ən böyük atom elektrik stansiyasına bu həyasız hücuma görə ağır cəzalandırılacaqlar!", -məlumatda deyilir.
Reuters xəbər verir ki, Bayden Zelenski ilə telefon danışığı aparıb. Bayden və Zelenski telefon danışığı zamanı Zaporojye atom elektrik stansiyası ətrafındakı vəziyyəti müzakirə ediblər.
Enerqodar şəhərinin meri Dmitri Orlov Zaporojjya atom elektrik stansiyasındakı (AES) bağlı vəziyyət haqqında bildirib ki, Yanğınsöndürənlərə yanğını söndürməyə icazə verilmir. Vəziyyət çox kritikdir.
"Enerqodara düşmən koloniyası soxuldu. Yaralılar var. Onların sayı barədə məlumat yoxdur. Onları xəstəxanaya çatdırmaq mümkün deyil",- o deyib.
Həmçinin MAQATE-nin baş direktoru Rafael Qrossi Ukraynanın baş naziri Denis Şmıqal ilə Zaporojjya AES-dəki vəziyyəti müzakirə edib.
Ukrayna Prezidenti Vladimir Zelenski Zaporijjya atom elektrik stansiyası (AES ) ilə bağlı təcili müraciət edib:
"Avropa oyanmalıdır. Rusiya tankları nüvə bloklarını vurur. Harada vuracaqlarını bilirlər. Onlar buna hazırlaşırdılar. Altı enerji bloku var. Mən artıq Mişel, Şolz və Baydenlə danışmışam. Ukraynada 15 nüvə enerji bloku var. Partlayış olarsa, hər şeyin sonu olacaqdır. Bu, Avropanın boşaldılmasıdır. Atom elektrik stansiyasındakı fəlakətdən Avropanın məhv edilməsinin qarşısı alınsın".
"Təhlükə səviyyəsi çox yüksəkdir", - Ukraynanın nüvə və radiasiya təhlükəsizliyi üzrə baş dövlət müfəttişi Oleq Korikov çıxış edərək bildirib.
Həmçinin onun sözlərinə görə, atom elektrik stansiyası (AES) düşmən tankları və artilleriyasından atəşə tutulub. Hazırda atəş və yanğın səbəbindən dəqiq zərəri müəyyən etmək mümkün deyil.
Zaporijjya AES-də yeddi nüvə obyekti, altı enerji bloku və bir anbar var.
Zaporojye atom elektrik stansiyasının baş direktoru İqor Muraşov: Nüvə təhlükəsizliyi pozulub. Əlimizdən gələni edirik, lakin yanğın davam edir, yanğınsöndürənlərə imkan verilməyib. Böyük risklər var. Reaktorlar təhlükə altındadır.
"Reaktorun yanması ehtimalı var, bu o deməkdir ki, reaktor sıradan çıxa bilər. Buna görə də Çernobıl hadisəsində olduğu kimi partlayış təhlükəsi var" - Oleq Bondarenko, Ali Radanın Ekoloji Siyasət Komitəsinin sədri bildirib.
XXX
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti xəbər verir ki, saat 05:55-də Zaporojye AES-in yaxınlığındakı binada yanğın lokallaşdırılıb.
XXX
Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti:
Saat 06:20-də Enerqodardakı Zaporojjya AES-in təlim binasında yanğın söndürülüb. Zərərçəkən yoxdur.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
- 4 d. əvvəl
- 18 d. əvvəl
-
19 d. əvvəl
Dövlət şirkətlərindən gözlənilən dividendlər 17 milyon manat artırılır
- 22 d. əvvəl
-
33 d. əvvəl
Direktor həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
-
40 d. əvvəl
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
-
42 d. əvvəl
Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Texnologiya və innovasiya sahəsində güzəştlərlə bağlı genişmiqyaslı dəyişikliklər təsdiqlənib – Kimlərə şamil olunur?
Naxçıvana dotasiya 6 %-dən çox azaldılır
Ən çox oxunanlar
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
Azərbaycanda içki istehsalçısının illik satış gəlirləri 7,3 milyon manat artaraq 60 milyon manatı keçib
Xərçəng peyvəndinin müsbət nəticələrinə baxmayaraq, Moderna-nın səhmləri 25%-dək ucuzlaşdı
SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər
"1 kvadratmetri başlayanda 4 min dollar idi, indi 8 min dollardır"
























