Deputat: "Kiçik sahibkarları bacardıqca cərimələyirlər”
"Cəriməni ödəyəndən sonra kiçik və orta sahibkar gedir biznesini bağlayır ki, gedim əlillik alım, pensiya alım. Ölkə olub əlillər ölkəsi! Artıq ciddi şəkildə iqtisadiyyat sahəsində sağlamlaşma getməlidir".“Biz iri məmurlardan yapışmalıyıq. Onlar müəyyən sahələri müdafiə edirlər və vergi ödəmirlər, amma kiçik sahibkarları bacardıqca cərimələyirlər”.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.
Deputat bildirib ki, sahibkarın beli qırılır:
“Birinin də görürsən ki, hansısa məmurun arxasında durduğu böyük istixanası var, nə vergi ödəyir, nə də bir şey. Kiçik sahibkarın boğazından yapışmaqla inkişaf olmayacaq. Bizdə cərimələr sahibkarların inkişafına mane olur. Cəriməni ödəyəndən sonra kiçik və orta sahibkar gedir biznesini bağlayır ki, gedim əlillik alım, pensiya alım. Ölkə olub əlillər ölkəsi! Artıq ciddi şəkildə iqtisadiyyat sahəsində sağlamlaşma getməlidir. Gəlib restoranları ucdantutma cərimələyirlər. Bu məsələlər qaydaya qoyulmalıdır”.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
- 17 d. əvvəl
-
18 d. əvvəl
Dövlət şirkətlərindən gözlənilən dividendlər 17 milyon manat artırılır
- 21 d. əvvəl
-
32 d. əvvəl
Direktor həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
-
39 d. əvvəl
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
-
41 d. əvvəl
Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq
- 48 d. əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
Ən çox oxunanlar
Azərbaycanda içki istehsalçısının illik satış gəlirləri 7,3 milyon manat artaraq 60 milyon manatı keçib
Xərçəng peyvəndinin müsbət nəticələrinə baxmayaraq, Moderna-nın səhmləri 25%-dək ucuzlaşdı
SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər
"1 kvadratmetri başlayanda 4 min dollar idi, indi 8 min dollardır"
























