“Daha deyin hamı “Milla” alsın da...”
Dünən İqtisadiyyat Nazirliyi əksər istehsalçırın dondurmalarının insanların həyat və sağlamlığı üçün təhlükəli olduğunu bəyan etdi.
“Marja” xəbər verir ki, Nazirliyin siyahısı ictimaiyyəti təəccübləndirib. Tanınmış brendlərdən “Milla”nın və “Camal LTD”nin (İceland) adlarının olmadığı saiyahıda “AER Company Qrup” MMC, “Band Milk” MMC, “S.A.B.A. Şirkəti” (“Millennium” ticarət nişanı), “A.Y.S-60” MMC (“A-klass” ticarət nişanı) yer alıb. Bu şirkətlərə dondurmaların istehsalının dayandırılması, məhsulların ticarət şəbəkəsindən geri çağırılması kimi məhdudlaşdırıcı tədbirlər tətbiq edilmiş və istehsalat sahəsində müvafiq sanitariya-gigiyenik və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verilmişdir.
İqtisadiyyat Nazirliyinin yaydığı xəbər ictimaiyyəti qəzəbləndirib. Bir çoxları “Facebook”da ürəklərini boşaldıblar.
Bir qrup alıcılar laborator müayinəsinin nəticələrinə inanmırlar və hesab edirlər ki, “istədiklərini ala bilmədikləri üçün” və ya “haqları çatmadığı üçün” belə addım atılıb. Bu hərəkət sahibkarlığa mane olmaqdan başqa bir şey deyil.
Digər bir qrup alıcılar isə “Milla”nın xeyrinə belə addım atıldığını və məqsədin bazarda monopoliya yaradılması olduğunu bildirirlər. Sosial şəbəkə istifadəçilərindən biri “Daha deyin hamı “Milla” alsın da” yazaraq münasibətini bildirib.
“Milla” dondurmalarının quru süddən hazırlandığı da iddia olunur. Digər iddialara görə, “AER”, “Millennium” və “A- Klass” dondurmaları “Milla” dondurmalarından dadlıdır.
Bəzi alıcılar isə, ümumiyyətlə yerli istehsal dondurmaları bəyənmədikləri və xarici istehsal olan dondurmalar aldıqlarını bildirirlər.
SÜD FERMERLƏRDƏN ALINIRDI
“Marja”nın əldə etdiyi məlumata görə, şirkətlərdə dondurma istehsalının dayandırılması bir sıra süd istehsalçılarına mənfi təsir edir. Adları qeyd olunun şirkətlərdən 2-si dondurmanı quru süddən deyil, təbii süddən hazırlayırmış.
Qeyd edək ki, dondurma istehsalçıları ilə əlaqə saxlasaq da, onlar danışmaqdan boyun qaçırdılar. Dünən şirkətlərin rəhbərləri məsələ ilə əlaqədar gün ərzində İqtisadiyyat Nazirliyində olublar.
Bir müddət əvvəl mətbuat, satışda istifadə müddəti keçmiş və keyfiyyətsiz dondurmalar satıldığı barədə yazmışdı: http://marja.az/news/9764 İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bildirmişdi ki, 2017-ci ilin ötən dövrü ərzində dondurmaların keyfiyyət və təhlükəsizliyi ilə bağlı vətəndaşlardan İqtisadiyyat Nazirliyinə müraciət daxil olmamışdır.
İqtisadiyyat Nazirliyinin açıqlamasını yenidən təqdim edirik:
İqtisadiyyat Nazirliyi tərəfindən istehlak bazarının qorunması məqsədilə aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan ərzaq məhsullarının ilkin laborator müayinəsi zamanı bir sıra dondurmaların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilmişdir. Bu barədə "Marja"ya Nazirlikdən bildirilib.
Mövcud pozuntuların daha çox istehsal mənşəli olduğu nəzərə alınaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq, İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri tərəfindən dondurma istehsal edən bir sıra sahibkarlıq subyektlərində birgə nəzarət tədbirləri həyata keçirilmiş və həmin müəssisələrdə istehsal edilən və satış üçün nəzərdə tutulan məhsulların müayinəsi üçün müəyyən olunmuş qaydada nümunələr götürülmüşdür.
Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində:
-“AER Company Qrup” MMC-nin istehsal etdiyi“Çudo” şokoladlı, “AER” plombir şokoladlı, “AER” plombir vanilli, “Yasif” plombir və “Melisa”;
-“Band Milk” MMC-nin istehsal etdiyi “Nostalji” plombir, “Briket-krem brule” və vafli stəkanda olan qaymaqlı-şokoladlı;
-fiziki şəxs Sərngül Yusubovanın istehsal etdiyi “Bakinskiy privet” plombir, “Meqapolis” şokoladlı plombir, “Cappuçino” qəhvəyi, “Matryoşka” plombir, “Selena” şokoladlı plombir, “Panda” südlü, “Meçta” şokoladlı plombir, “Arktika” şokoladlı plombir, “Tanqo” şokoladlı və “Tanqo” cemli;
-fiziki şəxs Müzəffər Poladovun istehsal etdiyi “Mono Quality” badamlı, “Bakı gecələri” plombir, “Armada”, “Eskimo Yoloçka”, “Yeni şəhər” plombir;
-“S.A.B.A. Şirkəti” MMC-nin istehsal etdiyi “İçəri şəhər” qəhvəyi, “İçəri şəhər” qəhvəli, “Pristij” çiyələkli, “Pristij” qozlu, “Əsl” plombir;
-“A.Y.S-60” MMC-nin istehsal etdiyi “Südlü” klassik və “A-klass” dondurmalarında bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilmişdir.
Eyni zamanda götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində “AER Company Qrup” MMC-yə məxsus “Çudo” şokoladlı, “AER” plombir şokoladlı və “AER” plombir vanilli, habelə fiziki şəxs Sərngül Yusubovaya məxsus “Bakinskiy privet” plombir, “Meqapolis” şokoladlı plombir, “Cappuçino” qəhvəyi, “Matryoşka” plombir, “Selena” şokoladlı plombir və “Panda” südlü dondurmalarında mezofil-aerob ve fakultativ-anaerob mikroorqanizmlərin də miqdarının normativ sənədlərlə müəyyən olunmuş normativdən artıq olduğu aşkar edilmişdir.
Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar “AER Company Qrup” MMC,“Band Milk” MMC, “S.A.B.A. Şirkəti” MMC, “A.Y.S-60” MMC, habelə fərdi sahibkarlar Müzəffər Poladov və Sərngül Yusubova barədə qeyd olunan dondurmaların istehsalının dayandırılması, bu məhsulların ticarət şəbəkəsindən geri çağırılması kimi məhdudlaşdırıcı tədbirlər tətbiq edilmiş və istehsalat sahəsində müvafiq sanitariya-gigiyenik və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verilmişdir.
İstehlak bazarında birgə nəzarət tədbirləri davam etdirilir.
İqtisadiyyat və Səhiyyə nazirlikləri bir daha sahibkarlıq subyektlərinə ərzaq məhsullarının istehsalı prosesində normativ texniki tələblərə, sanitariya norma və qaydalarına ciddi əməl edilməsini, məhsulların keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmasını təmin etməyi tövsiyə edir.
Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkarlıq subyektləri barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir.
Müştərilərin xəbərləri
BOKT "Caspian İnvest" Ulu Öndər Heydər Əliyevin 22-ci anım gününə həsr edilmiş ağacəkmə aksiyası keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
-
28 d. əvvəl
Paşinyan Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsini alqışlayıb
-
-
58 d. əvvəl
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
-
1 saat əvvəl
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İndiyədək heyvandarlıq sığortası üzrə 3,2 milyon manat ödəniş həyata keçirilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb
-
2 saat əvvəl
10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
FİNCA-nın dollar istiqrazarı barədə qərar verildi
Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb
10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib
Ən çox oxunanlar
Macarıstanın Azərbaycandan alacağı qazın həcmi məlum olub
“Azər-Türk Bank”ın rəhbərliyinə təyinat olub
Bakı Yaradıcı Həftəsi: Mədəniyyət və innovasiyanın yeni platforması
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb
5 milyondan çox ziyan - Gömrük Komitəsinin vəzifəli şəxsləri və Hövsan Beynəlxalq Ticarət Limanının rəisi saxlanılıb
"Uğur hadisə deyil, prosesdir" - "Grand Agro" şirkətinin əməliyyatlar üzrə rəhbəri ilə MÜSAHİBƏ
Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi həbs edilib
Ardıcıl 3 aydır Azərbaycanda orta maaş düşür












.jpg)




