“Final” "libasını" dəyişdi
Daim yüksək keyfiyyətli məhsulları və yenilikləri ilə gündəmdə olan “Azərsun Holdinq” tərəfindən istehsal olunan “Final” yağlarının qablaşdırılması yenilənib.
Holdinqdən "Marja"ya daxil omuş məlumata görə, müasir bazarın tələblərinə uyğun hazırlanan və daha cəlbedici görünən yeni qablaşdırma istehlakçılar tərəfindən ilk günlərdən yüksək qiymətləndirilib.
Bu yenilyi istehlakçılarına Azərbaycanda ilk dəfə çəkilmiş 3D formatlı reklam filmi ilə çatdırılıb. Hazırlanan video çarxda həm qrafikadan, yəni xüsusi vizual effektlərdən, həm də normal videoçəkilişlərdən istifadə olunub.
Üzərində 50 nəfərdən artıq mütəxəssisin çalışdığı “Final” yağlarının reklam çarxı xüsusi kamera ilə çəkilib və bu işə 2 aya yaxın vaxt sərf edilib. Qeyd edək ki, istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanan “Final” ölkəmizin ilk milli qida markasıdır və artıq 27 ildir ki, satışı həyata keçirilir.
Marka nümayəndələrinin bildirdiyinə görə qablaşdırılması dəyişdirilən məhsulun keyfiyyəti əvvəlki kimi yüksək səviyyədə olacaq. Keyfiyyətinə nəzarət ən yüksək səviyyədə təmin edilən “Final”ın yeni sloqanı da bunu təsdiq edir: “Yeni qabda, eyni dadda”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























