Siyasi Texnologiyalar Mərkəzi layihəsi çərçivəsində təlimlərini davam etdirir
Siyasi Texnologiyalar Mərkəzi (STM) İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Regionlarda yerli hakimiyyət orqanlarının ictimaiyyətlə əlaqələrinin səmərələşdirilməsi” layihəsi çərçivəsində təlimlərini davam etdirir.
Sentyabrın 4-də Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan təlimdə rayon icra hakimiyyəti, Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyası yerli təşkilatı, Sosial Xidmətlər Agentliyi, Kobia – Ağsu, və s. qurumların nümayəndələri iştirak ediblər.
Təlimdə dövlət qurumlarının ictimaiyyətlə münasibətlərinin düzgün qurulmasının vacibliyi, onların sosial şəbəkələrdən istifadəsinin əhəmiyyəti və yolları, dövlət məmurlarının imic və nüfuzu, vətəndaşların məlumatlandırılması mexanizmləri, vətəndaş məmnunluğu və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Təlim iştirakçıları mövzunun aktuallığı və vacibliyini qeyd edərək məmur-vətəndaş münasibətlərinin daha da yaxşılaşdırılması istiqamətində addımların atılmasının mühümlüyünü qeyd ediblər.
Tədbirin təşkilində Ağsu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Umud Cavidə göstərdiyi dəstəyə görə təşəkkür edirik.
Qeyd edək ki, layihə çərçivəsində STM 12 rayon mərkəzində təlimlər keçirəcək. Bundan öncəki təlimlər Şamaxı və İsmayıllıda baş tutub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
27 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
36 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























