“Süni intellekt şirkətlərə bazar dəyişikliklərinə daha sürətli və dəqiq reaksiya vermək imkanı yaradır” - EY şirkətinin mütəxəssisi
Süni intellekt (AI) haqqında bir neçə onilliklər ərzində danışılır, lakin son bir neçə il ərzində bu texnologiyanın inkişafı kəskin şəkildə artmışdır. Məsələ ondan ibarətdir ki, mətnlərin, təsvirlərin, audio və digər məlumat növlərinin yaradılması üçün dərin təlim alqoritmlərini istifadə edən güclü generativ modellər bazarda peyda olunmuşdur. Bu arada, süni intellekt müasir biznesdə getdikcə daha vacib amilə çevrilir. Onun köməyi ilə şirkətlər səmərəliliyin və effektivliyin yeni səviyyələrinə nail olur. Robotlaşmanın təsiri altında biznes proseslərinin rəqəmsallaşması və transformasiyası rəqabət qabiliyyətinin yüksəldilməsi və inkişafı üçün böyük potensial təmin edir.
EY Azərbaycan şirkətinin Texnoloji məsləhət xidmətləri üzrə meneceri Tofiq Atakişiyev süni intellektin biznesə təsiri haqqında fikirləri ilə bölüşür.
Son iki və ya üç onillik ərzində biz əvvəlki üç minillikdə istehsal edə bilmədiyimiz qədər məlumat yaratdıq! Və bu yalnız başlanğıcdır. Mütəxəssislər artıq fiziki olaraq belə əhəmiyyətli miqdarda məlumatı emal edə bilmir. Rəqabətə davam etmək üçün kiçik və böyük bizneslər öz fəaliyyətlərinə süni intellekt imkanlarını - neyron şəbəkələri, maşın öyrənməsi, əşyaların interneti (İoT), BigData fəal şəkildə tətbiq edir. Bu, şirkətlərə gündəlik işləri avtomatlaşdırmağa imkan verir, daha vacib və yaradıcı tapşırıqlar üçün vaxt və resursları azad edir.
Süni intellekt biznesinizə necə kömək edəcək
Mən bəlkə də ən sadə şeydən başlayacağam: süni intellekt və avtomatlaşdırılmış sistemlər bir çox biznes prosesinin optimallaşdırılmasında mühüm rol oynamağa başlayıb. Onlar sizə rutin tapşırıqları avtomatlaşdırmağa, müştərilərlə qarşılıqlı əlaqə prosesini sadələşdirməyə və ən əsası məhsul və xidmətlərin keyfiyyətini təkmilləşdirməyə imkan verir.
Süni intellektin köməyi ilə siz məlumatları təhlil edə və biznesin inkişafı üçün yeni imkanlar açan gizli nümunələri və meylləri müəyyən edə bilərsiniz. Bundan əlavə, proqnozlaşdırma alqoritmləri böyük həcmli məlumatlara əsaslanaraq vəziyyətləri proqnozlaşdırmağa və optimallaşdırmağa imkan verəcək, bu isə daha əsaslandırılmış və effektiv qərarlar qəbul etməyə kömək edir.
Yeni texnologiyalardan istifadənin başqa bir faydası da var. Xüsusilə, süni intellekt şirkətlərə sınaq üçün yüksək xərc tələb etmədən innovasiyalar və yeni ideyalar üzərində təcrübə aparmağa imkan verir. İş prosesində innovasiyaların tətbiqi, nəticədə, yeni ideyalara, yeni imkanlara və biznesin potensial genişlənməsinə səbəb olur. Bir sözlə, süni intellektdən fəal şəkildə istifadə edən şirkətlər bazar dəyişikliklərinə daha sürətli və dəqiq reaksiya verə bildiklərinə görə rəqibləri ilə müqayisədə əhəmiyyətli üstünlüklər əldə edir.
Rəqəmsal transformasiyaya doğru....
Burada heç bir şüar və təşviqat yoxdur. Bu rəqəmsallaşma uzun müddətdir ki, bütün dünyada sürətlə gedir və bu, Azərbaycanda olan şirkətlər arasında da geniş vüsət alır. Süni intellekt isə biznesin rəqəmsal transformasiyasının ayrılmaz hissəsinə çevrilir. O, şirkətlərə daha səmərəli və innovativ məhsullar istehsal etməyə, biznes proseslərini sadələşdirməyə və gələcək tendensiyaları qabaqcadan görməyə kömək etməklə, onların böyüməsinə və təkmilləşməsinə təkan verir - bu günün daim dəyişən bazarında uğurla fəaliyyət göstərmək üçün zəruri vasitədir.
Ola bilsin ki, burada özümü təkrarlayıram, lakin yeganə məqsədim hər şeyi çox aydınlaşdırmaqdan ibarətdir: biznesin rəqəmsal transformasiyası əməliyyatları və prosesləri təkmilləşdirmək üçün süni intellektin istifadəsini nəzərdə tutur. Robotlaşdırma bir çox işi avtomatlaşdırmağa imkan verir ki, bu da işlərin yerinə yetirilməsi vaxtını azaldır və keyfiyyəti artırır.
Necə dəqiq, soruşa bilərsiniz. Yaxşı, məsələn, Qərbdə bir çox şirkətlər uzun müddətdir ki, proqnozlaşdırma və məlumatların təhlili üçün süni intellektdən istifadə edir, bu isə, öz növbəsində onlara bazar ehtiyaclarını qabaqcadan görməyə və daha əsaslandırılmış qərarlar qəbul etməyə imkan verir. Daha əsaslandırılmış qərarlar hansılardır? Süni intellekt böyük həcmdə məlumatı təhlil edir və onları faydalı biliyə çevirir, şirkətlərə əsaslandırılmış, fakta əsaslanan qərarlar qəbul etməyə kömək edir.
Kəmiyyət və ya keyfiyyət...
Şirkətlərin rəqabət qabiliyyətinin artması və inkişafı onların proseslərinin səmərəliliyi və effektivliyi ilə ayrılmaz şəkildə bağlıdır. Lakin biznesin fəaliyyəti təkcə rəqəmlərlə deyil, istər onun aktivlərinin dəyəri, istərsə də illik dövriyyəsi və bu, eləcə də brendin “dəyəri” (brand value) ilə qiymətləndirilir. Bu dəyər bazara və şirkətin istehlakçı qavrayışına əsaslanır. Bu isə, öz növbəsində, çox vaxt biznes tərəfindən göstərilən malların və ya xidmətlərin keyfiyyəti ilə müəyyən edilir. Beləliklə, biznes fəaliyyəti ilə keyfiyyət anlayışı arasında əlaqə göz qabağındadır.
Beləliklə, şirkətinizin fəaliyyətinin səmərəliliyi süni intellektin istifadəsi ilə əhəmiyyətli dərəcədə artacaq. O, müəyyən mənada gələcək tendensiyaları proqnozlaşdırmağa, verilənlərdə gizli tendensiyaları aşkar etməyə, eləcə də analitik nəticələr əsasında prosesləri optimallaşdırmağa kömək edəcək. Rəqəmsal transformasiyanın tərkib hissəsi kimi süni intellekt və texnologiyaların tətbiqi biznes proseslərinin səmərəliliyini əhəmiyyətli dərəcədə artıra və müəssisənin fəaliyyətini optimallaşdıra bilər.
Prosesin səmərəliliyinin artırılması
Avtomatlaşdırılmış sistemlər və Əşyaların İnterneti texnologiyaları ilə birləşən süni intellekt şirkətlərə əməliyyat proseslərini transformasiya etməyə imkan verir. Gündəlik tapşırıqların avtomatlaşdırılması və proseslərin robotlaşdırılması insan amilini azaldır, səhvləri minimuma endirir və işin keyfiyyətini artırır.
Müasir dünyada Əşyaların İnterneti (İoT) və iş proseslərinin təkmilləşdirilməsi təşkilatlar üçün prioritet tapşırıqlaraı çevrilib. Süni intellektdən istifadə şirkətlərə öz səmərəliliyini əhəmiyyətli dərəcədə artırmağa və biznes proseslərini optimallaşdırmağa imkan verir.
Təkrarlanan tapşırıqların süni intellektin köməyi ilə avtomatlaşdırılması şirkətlərə yeni inkişaf və innovasiyalara nail olmağa imkan verir. Robototexnika və analitika kimi müasir texnologiyalardan istifadə etməklə, şirkətlər öz fəaliyyətinin səmərəliliyini əhəmiyyətli dərəcədə təkmilləşdirməyə və rəqabət qabiliyyətini artıra bilər.
Süni intellekt və avtomatlaşdırılmış sistemlərdən istifadə şirkətlərə biznes proseslərini əhəmiyyətli dərəcədə optimallaşdırmağa imkan verir. Gündəlik və təkrarlanan tapşırıqlarda süni intellektdən istifadə etməklə, şirkətlər öz resurslarını yeni məhsulların hazırlanması və müştərilərlə qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi kimi bizneslərinin daha vacib aspektlərinə yönəldə bilər.
Süni intellektin tətbiqi ilə bağlı Azərbaycandakı vəziyyyət...
Ölkəmizdəki bir çox şirkətlər artıq iş tapşırıqlarının təşkilində əhəmiyyətli dəyişikliklər etmək, işçilərin monoton əməliyyatlardan azad edilməsi və onların diqqətini daha mürəkkəb və kreativ tapşırıqlara yönəltməyə imkan vermək üçün öz fəaliyyətlərində süni intellektdən istifadə edərək robotlaşdırma və avtomatlaşdırmanın fəal tətbiqi barədə ciddi düşünür. Bu, təbii ki, bütün təşkilatda məhsuldarlığın və səmərəliliyin artmasına gətirib çıxara bilər.
Bazarımızdakı iri şirkətlər və bizneslər artıq anlayır ki, süni intellektin biznes sektorunun dəyişməsinə verdiyi töhfəni qiymətləndirməmək olmaz. Bununla belə, təkcə böyük deyil, eləcə də kiçik müəssisələr öz fəaliyyətlərinin səmərəliliyini artırmağa və biznes proseslərini optimallaşdırmağa çalışır. Artıq hər kəs tam olaraq anlayır ki, biznes daha rəqabətli və innovativ olmaq üçün tendensiyaları proqnozlaşdıra bilməlidir. Süni intellektin istifadəsi ilə yeni imkanların və perspektivlərin müəyyən edilməsi müasir biznesdə mühüm uğur amilidir.
Yeri gəlmişkən, Süni İntellektin güclü təsir göstərdiyi mühüm sahələrdən biri Əşyaların İnterneti adlanan sahədir. IoT cihazları tərəfindən təmin edilən analitika və proqnozlaşdırıcı məlumatlar vasitəsilə süni intellekt şirkətlərə əsaslandırılmış qərarlar qəbul etməyə, məhsul və xidmətlərin keyfiyyətini təkmilləşdirməyə və logistikanı, yəni, tədarük zəncirinin və ehtiyatlarını idarə edilməsi proseslərini optimallaşdırmağa kömək edir.
Beləliklə, süni intellektin biznes transformasiyasına təsiri çox əhəmiyyətlidir və şirkətləri müasir bazarın tələblərinə uyğun olaraq transformasiya etməyə kömək edir.
Müştərilərin xəbərləri
BOKT "Caspian İnvest" Ulu Öndər Heydər Əliyevin 22-ci anım gününə həsr edilmiş ağacəkmə aksiyası keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
-
29 d. əvvəl
Paşinyan Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsini alqışlayıb
-
-
59 d. əvvəl
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
-
1 saat əvvəl
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İndiyədək heyvandarlıq sığortası üzrə 3,2 milyon manat ödəniş həyata keçirilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb
-
2 saat əvvəl
10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
FİNCA-nın dollar istiqrazarı barədə qərar verildi
Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb
10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib
Ən çox oxunanlar
Macarıstanın Azərbaycandan alacağı qazın həcmi məlum olub
“Azər-Türk Bank”ın rəhbərliyinə təyinat olub
Bakı Yaradıcı Həftəsi: Mədəniyyət və innovasiyanın yeni platforması
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayıb
5 milyondan çox ziyan - Gömrük Komitəsinin vəzifəli şəxsləri və Hövsan Beynəlxalq Ticarət Limanının rəisi saxlanılıb
"Uğur hadisə deyil, prosesdir" - "Grand Agro" şirkətinin əməliyyatlar üzrə rəhbəri ilə MÜSAHİBƏ
Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi həbs edilib
Ardıcıl 3 aydır Azərbaycanda orta maaş düşür













.jpg)
.jpg)




