Avtomobil lizinqi şirkəti pullaşıb
Lizinq şirkəti "Legion Financial" ASC 2023-cü ili 616 min manat xalis mənfəət ilə başa vurub ki, bu da 2022-ci illə müqayisədə 2,2 dəfə çoxdur. Lizinq şirkəti 2022-ci ili 283 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, "Legion Financial" ASC-nin faiz gəlirləri 2022-ci ildə 418 min manat ikən, 2023-cü ildə 893 min manat təşkil edib (2,1 dəfə artıb).
Ötən il Şirkətin lizinq portfeli (maliyyə lizinqi üzrə debitor borclar və ya lizinq yolu ilə verilmiş borclar) 2,2 dəfə artaraq 4 milyon 727 min manata çatıb. Şirkət 2022-ci ilin sonunda 2 milyon 120 min manat lizinq portfelinə malik idi.
Hazırda "Legion Financial" ASC-nin iri səhmndarları İsmayılov Turan Mübariz oğlu (59.62 %), Süleymanlı Rahim Rəhman oğlu (23.93%) və Soltanov Rövşən Rafiq oğludur (10.68%).
"LEGION FINANCIAL" avtomobil lizinqi şirkətidir.
ŞİRKƏTƏ ƏLAVƏ 1 MİLYON MANATA MAYA QOYULUR
Lizinq şirkəti "Legion Financial" ASC-nin nizamnamə kapitalı 1,3 milyon manat artırılır. Səhmlərin hər birinin nominal dəyəri 100 manat, sayı 13 000 ədəddir.
Yerləşdirmədən sonra cəlb olunacaq vəsaitlərin xalis məbləği 1 milyon 296 min 630 manat təşkil edəcək.
1 MİLYON MANAT CƏLB EDİR
Lizinq şirkəti "Legion Financial" ASC istiqraz buraxılışı yolu ilə 1 milyon manat cəlb edir. Faizli və təmin edilməmiş istiqrazların sayı 1000 ədəd, hər birinin nominal dəyəri 1000 manatdır.
İstiqrazların yerləşdirilməsindən əldə ediləcək vəsait lizinq fəaliyyəti üçün lizinqalanlar tərəfindən sifariş olunan avtomobillərin alınmasına sərf ediləcək.
İstiqrazların tədavül müddəti 1800 gün, faiz dərəcəsi illik 15%, faizlərin ödənilməsiperiodu 30 gündən birdir.
Yerləşdirmənin anderrayteri "Assist Finance İnvestisiya Şirkəti"dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
7 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
13 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
























