Birjada ən çox ali təhsili olan investorlar qazanır
Rusiya Mərkəzi Bankı, investorlara maliyyə bazarlarında maksimum mənfəət əldə etməyə hansı meyarların imkan verdiyini öaşkar edib.
Marja.az xəbər veri ki, tədqiqat çərçivəsində Mərkəzi Bank Moskva Birjasındakı investorları araşdırıb.
Məlumatların toplanması 2023-cü ilin oktyabr-dekabr aylarında həyata keçirilib.
Ən çox ali təhsili olan investorlar qazanır
Rusiya Mərkəzi Bankının araşdırması göstərib ki, fond və törəmə alətlər bazarlarında maksimum mənfəəti ali iqtisadi və maliyyə təhsili, həmçinin maliyyə institutlarında təcrübəsi olan investorlar əldə edir. Mühəndislər və humanitar elmlər üzrə mütəxəssislər, son bir il ərzində ən azı 6 milyon rubl həcmində qiymətli kağızların aktiv ticarətində təcrübəyə malik olduqları təqdirdə aktivləri uğurla idarə edirlər.
İnvestisiya təcrübəsi
Tədqiqat göstərir ki, səhm və törəmə bazarlardakı uğurlu investorlar uğursuz olanlarla müqayisədə ümumiyyətlə daha uzun investisiya təcrübəsinə malikdirlər.
Fond bazarında uğurlu iştirakçıların 1-3 illik investisiya təcrübəsi var, ən uğurlu investorlar isə 3-5 il və 10 ildən çox təcrübəyə malik qruplarda müşahidə olunur. Birjada 1 ildən az təcrübəsi olan investorlar arasında uğursuz olanlar üstünlük təşkil edir.
Törəmə alətlər bazarında bütün uğurlu investorlar 3 ildən artıq təcrübəyə malikdirlər. Uğurlu iştirakçıların daha yüksək faizi 3-5 illik və 5-10 illik təcrübəyə malik qruplarda müşahidə olunur.
İnvestisiya sahəsində əlavə təhsil
Səhm və törəmə alətlər bazarlarına sərmayə qoyuluşunun effektivliyini yaxşılaşdıran əlavə təhsillər arasından Mərkəzi Bank aşağıdakıları qeyd edib:
- maliyyələşdirmə, kapitalın artırılması;
- fundamental və texniki analiz;
- Davranış iqtisadiyyatı.
Araşdırmada qeyd olunub ki, maliyyə təşkilatlarında təcrübəsi olan investorlar birjada yaxşı performans göstəriblər, lakin törəmə alətlər bazarında zəif çıxış ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
18 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
27 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama




























