TikTok Azərbaycandakı reklam tərəfdaşının adını açıqladı
Aleph şirkəti TikTok-un Azərbaycanda rəsmi tərəfdaşı olduƏvvəllər "Httpool by Aleph" kimi tanınan və dünya üzrə aparıcı rəqəmsal reklam platformalarının əsas satış təmsilçisi olan "Aleph", TikTok-un Azərbaycanda reklam imkanlarını təqdim etmək üçün rəsmi tərəfdaş seçilib.
Şirkətdən verilən məlumata görə, bu strateji tərəfdaşlıq Aleph-ə, ölkədəki böyük və aktiv istifadəçi auditoriyasına çıxmaq istəyən bizneslər üçün unikal reklam həlləri təqdim etməyə imkan verəcək.
TikTok-un Azərbaycanda rəsmi tərəfdaşı kimi Aleph, reklam həllərini yerli bazara təqdim edəcək, TikTok-un regional komandası ilə birlikdə müştərilər üçün optimal strategiyalar və həllər tapacaq, onlarla ən yaxşı təcrübələrini bölüşəcək. Hazırda dünya üzrə 1 milyarddan çox istifadəçi auditoriyası olan TikTok Azərbaycanda da sürətlə populyarlıq qazanmağa davam edir. Bu tərəfdaşlıq brendlərə dünyanın ən innovativ platformalarından birinin aktiv icması ilə əlaqə qurmaq üçün əla bir imkan yaradacaq.
TikTok Qlobal Biznes Həllərinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə baş direktoru Anastasiya Panina deyib: "Azərbaycanda TikTok-un reklam tərəfdaşı olaraq Aleph ilə əməkdaşlığımızı elan etməkdən məmnunluq duyuruq. Biz bu ekosistemi daha da inkişaf etdirməyi planlaşdırırıq və bu tərəfdaşlıq sayəsində Azərbaycandakı reklamverənlər digər platformaların təqdim edə bilməyəcəyi yeni rəqəmsal reklam formatlarına çıxış əldə edəcək, eyni zamanda da peşəkar yerli servisdən faydalanacaqlar."
Aleph şirkətinin regional direktoru Sergey Dovedov bildirib: "TikTok qısa mobil videoların yerləşdirilməsi üçün aparıcı platformadır. Azərbaycandakı tərəfdaşlığımız reklamverənlərə agentliklərə, kiçik və orta biznesə TikTok-un innovativ reklam həllərinə çıxış imkanı yaradaraq, onların biznes məqsədlərini effektiv şəkildə həll etmələrinə kömək edəcək. Tərəfdaşlarımızı öyrədərək və onlarla biliklərimizi bölüşərək hər kəs üçün rəqəmsal reklama çıxışı təmin etmək missiyamıza sadiq qalırıq."
TikTok qısa mobil videolar üçün aparıcı platforma olaraq, yaradıcılıq və özünüifadə üçün geniş imkanlar təklif edir. Qlobal istifadəçi və müəllif icması ilə TikTok, dünya miqyasında müxtəlif məzmun və təcrübələr təqdim edir ki, bu da geniş auditoriyalara təsir göstərir.
ölkədə fəaliyyət göstərən və 26 000-dən çox reklamverəni 3 milyarddan çox istehlakçı ilə birləşdirən qlobal, rəqəmsal reklam şirkətidir. TikTok, X, Microsoft, Google daxil olmaqla 60-dan çox aparıcı rəqəmsal media platforması ilə tərəfdaşlıq edərək, Aleph bizneslərə və icmalara inkişaf etməkdə olan bazarlarda dəstək verir. Şirkət lokalizə olunmuş həllərlə birlikdə müstəqil texnologiyalar təqdim edir, yerli sənaye və platforma ekspertlərindən ibarət komandalarla xidmət göstərir.
Aleph və TikTok qlobal əməkdaşlığa 2019-cu ildə Latın Amerikasının və Avropanın bazarlarını əhatə etməklə başlayıblar. 2024-cü ilə qədər onlar bu əməkdaşlığı Azərbaycanın da daxil olduğu yeni bazarları əhatə edəcək şəkildə genişləndirdilər. 2024-cü ilə qədər isə əməkdaşlığın təsir dairəsini Azərbaycana qədər daha da genişləndiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























