Azərbaycanın makroiqtisadi proqnozları yenilənib
Azərbaycanın ortamüddətli dövr üçün makroiqtisadi proqnozları yenilənib.
Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında təqdim olunan proqnozlara əsasən baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2025-ci il üçün 70 ABŞ dolları və 2026-2028-ci illər üçün 65 ABŞ dolları fərz edilmişdir.
Təbii qazın min kubmetrinin orta illik ixrac qiyməti baza ssenaridə 2025-ci il üzrə 242 ABŞ dolları, 2026-2028-ci illər üzrə isə 236 ABŞ dolları olaraq götürülmüşdür.
Proqnozlara əsasən 2025-ci ilin sonuna ümumi daxili məhsulun (ÜDM) həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcəyi, 2028-ci ildə isə ÜDM-in 150,8 milyard manata qədər, o cümlədən qeyri-neft/qaz ÜDM-in həcmi 117,2 milyard manata qədər artacağı gözlənilir.
Orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3,35 faiz, qeyri-neft/qaz ÜDM-in 5,0 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz artacağı proqnozlaşdırılır.
2028-ci ildə ÜDM-in tərkibində qeyri-neft/qaz sektorunun payının artaraq 77,7 faizə çatacağı, neft-qaz sektorunun payının isə 22,3 faizə bərabər olacağı proqnozlaşdırılır.
İqtisadiyyat Nazirliyi tərəfindən beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi, eləcə də antiinflyasiya tədbirləri əsas götürülərək baza ssenaridə 2025-ci ildə isə 4,6 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın tədricən azalaraq 2028-ci ildə 3,8 faiz olacağı gözlənilir.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2025- 2028-ci illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində götürülmüşdür.
Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir.
Ortamüddətli dövrdə əsas kapitala olan investisiyalarda orta illik 3 faiz artım olacağı proqnozlaşdırılır. 2025-ci ildən 2027-ci ilin sonuna doğru neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında, həmçinin daxili investisiyalarda artım proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 21 saat sonra
-
- 29 d. əvvəl
-
42 d. əvvəl
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
-
49 d. əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
1 saat əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
2 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Expressbank eyni gündə 2 filial açıb
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Ən çox oxunanlar
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində

























