Media nümayəndələri üçün humanitar minatəmizləmə sahəsində təlim təşkil edilib
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün humanitar minatəmizləmə fəaliyyətinə dair təlim keçirilib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, Ağdam rayonunda keçirilən təlimin başlıca məqsədi media nümayəndələrinin mina təhlükəsi ilə mübarizə fəaliyyətinin işıqlandırılması sahəsində ixtisaslaşdırılması, peşəkarlıq səviyyəsinin artırılmasıdır.
Ağdam rayonunun Sarıcalı kəndinə səfər edən təlim iştirakçılarına Agentliyin Əməliyyat rəhbəri Xaliq Zülfüqarov tərəfindən ərazidə icra edilən humanitar minatəmizləmə fəaliyyəti, texniki tədqiqatın nəticəsinə əsasən tətbiq olunan metodologiyalar, sahənin işarələnməsi sistemi barədə ətraflı məlumat verilib.
Təlimin ikinci hissəsi Agentliyin Ağdam mobil bazasında davam etdirilib.
Təlim zamanı salamlama nitqi ilə çıxış edən ANAMA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səbinə Sərkərova cəmiyyətin mina təhlükəsi ilə bağlı məlumatlandırılmasında medianın aparıcı rolunu, bu sahədə informasiya prioritetləri, media ilə qarşılıqlı fəaliyyətin genişləndirilməsi və təkmilləşdirilməsinin əhəmiyyətini qeyd edib.
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Elşən Ağayev isə müvafiq sahədə ictimai məlumatlılığın artırılması və əhali arasında təbliğatın səmərəli formada aparılmasında medianın xüsusi rol oynadığını qeyd edib.
Agentliyin Göygöl Regional Təlim Mərkəzinin təlimatçısı Rəşad Əliyev tərəfindən humanitar minatəmizləmə təlimlərinin əsasları, minatəmizləmə fəaliyyəti üzrə mövcud kadr potensialının inkişafı və yeni kadrların hazırlanması prosesinin icrası haqda məlumat verilib. Həmçinin mövcud mina təhlükəsi barədə məlumatlılığın artırılması məqsədilə Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə təlimi keçilib.
Sonda keçirilən müzakirələrdə məlumatların dolğun və obyektiv ötürülməsi, mina təhlükəsi ilə mübarizədə dezinformasiya hallarının qarşısının alınmasında maarifləndirmənin əhəmiyyəti vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















