Ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq
2025-ci ildən "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən Azərbaycan Mərkəzi Bankından (AMB) lisenziya almış təşkilatlar auditdən keçməli və audit hesabatlarını açıqlamalı olacaqlar.
Bunu AMB-nin Ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasət şöbəsinin müdiri Rəşad Qasımov Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda bildirib.
"Nağdsız ödənişlərin artması fırıldaqçıların bu sahəyə marağını artırır. Fırıldaqçılıq halları ilə mübarizə tədbirlərinin genişləndirilməsi zəruridir. Gücləndirilmiş müştəri audentifikasiya (GMA) tətbiqi qaydasının da əsas məqsədi banklar üzrə xüsusi tələblərin müəyyən edilməsi və daha təhlükəsiz ödənişlərin həyata keçirilməsidir. Bu qaydanın qüvvəyə minməsi ilə əlaqədar banklar, eləcə də digər ödəniş xidməti təşkilatları üçün müəyyən edilmiş xüsusi tələblərdən biri ildə bir dəfə auditdən keçməkdir. Onlar 2025-ci ildən başlayaraq həmin audit hesabatlarını təqdim etməlidirlər", - deyə o qeyd edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 d. əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
28 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
37 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Tramp: İranın təklifi qəbuledilməzdir
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama






























