Ən çox gəlir əldə edən futbol klubları açıqlanıb - SİYAHI
"Real Madrid" 2023-2024 mövsümündəki qazancı ilə illik 1 milyard avro gəlir əldə edən ilk futbol klubu olub.İqtisadi məsləhət və audit şirkəti "Deloitte"nin 28-ci "Football Money League" (Futbol Pul Liqası 2025) hesabatında dünya futbolunda ən çox qazanan klubları araşdırılıb.
Marja.az xəbər verir ki, 2023/24 mövsümündə "Real Madrid" (İspaniya), bir mövsümdə 1 milyard avro gəlir əldə edən ilk futbol klubu olması ilə tarixə düşüb. Klubun maliyyə uğurunun əsası təmir edilmiş və genişləndirilmiş "Santiago Bernabeu" stadionundadır. Bu modernləşdirmə əvvəlki mövsümlə müqayisədə matç günü və kommersiya gəlirlərində böyük artımla nəticələnib.
2023/24 mövsümündə "Football Money League"ə daxil olan klublar ümumilikdə 11,2 milyard avroluq rekord gəlir əldə ediblər. Bu rəqəm 2022/23 mövsümü ilə müqayisədə 6 faiz artımdan xəbər verir. Orta klub gəlirlərinin 44 faizi kommersiya fəaliyyətlərindən, 38 faizi yayım hüquqlarından və 18 faizi matç günü gəlirlərindən əldə edilib.
Deloitte-in hesabatına görə, kommersiya gəlirləri klublar üçün ən böyük gəlir mənbəyi olmaqda davam edib və 4,9 milyard avro ilə ümumi gəlirin 44 faizini təşkil edib. Bu artım sponsorluq gəlirlərinin artımı, pərakəndə satış performansının yaxşılaşması və klubların stadionlarında qeyri-futbol tədbirlərinin keçirilməsi ilə əlaqədardır.
Stadion tutumlarının artması, bilet qiymətlərinin artması və premium xidmətlərin yayılması sayəsində matç günü gəlirləri 11 faiz artaraq 2,1 milyard avronu keçib.
Yayım gəlirləri əvvəlki illə müqayisədə dəyişməz qalıb və ümumilikdə 4,3 milyard avro təşkil edib. Bu durğunluğun səbəbi, "böyük beşlik" liqalarının davam edən yayım müqavilələrində artıq uzunmüddətli müqavilələrin olmasıdır.
2023-2024 mövsümündə 1,05 milyard avro gəlir əldə edən "Real Madrid" keçən il olduğu kimi yenə də siyahıda 1-ci yerdə olub. Əvvəlki mövsümü 831 milyon avro ilə siyahının ilk pilləsində tamamlayan Madrid təmsilçisi gəlirini 26 faiz artıraraq bir milyard avro həddini keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























