"Nintendo" şirkəti, "Super Mario" adındakı marketə qarşı məhkəmə mübarizəsini uduzub
"Nintendo", məşhur oyunu "Super Mario"nun adından istifadə edən Kosta Rikada yerli supermarketə qarşı məhkəmədə uduzub.Yaponiyanın "Nintendo" şirkəti Kosta Rikada "Super Mario" adından istifadə edən supermarketə qarşı məhkəmə mübarizəsini uduzub. Qeyd edək ki, "Super Mario" markası "Nintendo" şirkətinə məxsusdur.
Marja xəbər verir ki, Kosta Rikanın San Ramon bölgəsində fəaliyyət göstərən "Super Mario" adlı supermarket, adını sahibi Xose Mario Alfaro Qonzalesdən götürüb və illərdir bu addan qanuni olaraq istifadə edir. Ancaq keçən il ticarət nişanının qeydiyyatı yeniləndikdə, "Nintendo" işə qarışıb və adın Şirkətin qeydiyyatdan keçmiş ticarət nişanlarından biri olduğunu iddia edərək etiraz edib. "Nintendo" iddia edib ki, "Super Mario" adı onların dünyada məşhur ticarət nişanı olduğundan, bu ad başqa heç bir biznes tərəfindən istifadə edilə bilməz.
Marionun oğlu Karlos Alfaro supermarketin Facebook hesabında hüquqi mübarizədə qalib gəldiklərini bildirib:
"Super Mario" markası video oyunlar, geyimlər, kolleksiya əşyaları, oyuncaqlar, məktəb ləvazimatları və bəzək əşyaları kimi bir çox kateqoriyalarda qeydiyyata alınsa da, əsas ərzaq məhsullarının bu ad ilə satışını qadağan edən qeydiyyat yoxdur". O vurğulayıb ki, məhkəmənin qərarının arxasında bu fakt əsas dayanır.
"Nintendo", əqli mülkiyyət hüquqlarını ciddi şəkildə qoruyan bir şirkət kimi tanınır. O, əvvəllər fanat tərəfindən hazırlanan layihələrə və saxta mallara qarşı bir neçə hüquqi mübarizə aparıb. Lakin bu dəfə kiçik biznesə qarşı məğlubiyyət şirkətin brendi qorumaq strategiyasına ciddi zərbə kimi qiymətləndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























