"STP Polymer" və "Georg Fischer" şirkətləri tərəfindən qabaqcıl boru kəməri texnologiyaları üzrə təlim keçirildi
(®) STP Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən həmçinin "Georg Fischer"in Azərbaycandakı rəsmi distribyutoru olan "STP Polymer" şirkəti, sənaye sektorunda qlobal lider kimi tanınan "Georg Fischer" şirkəti ilə əməkdaşlıq çərçivəsində boru kəməri həllərinə dair bir sıra tədbirlər həyata keçirib.
Bu tədbirlər sənaye mütəxəssisləri və mühəndislərə boru kəmərlərinin quraşdırılması və təmiri sahəsində ən son texnologiyalarla tanış olmaq imkanlarını yaradıb.
Tədbirlər cari ilin 11 fevral tarixində praktiki təlimi və 12 fevral tarixində elmi-texniki seminarı əhatə edib. Ümumən tədbirlərə "STP Polymer" şirkətinin müştəri və tərəfdaşlarından ibarət olan mühəndis və texniki heyəti, eləcə də rəhbər şəxsləri də daxil olmaqla 100-dən artıq iştirakçı qatılıb.
Praktiki Təlim – 11 fevral: Təlim iştirakçıları elektrofüzyon fitinqləri, qaynaq avadanlıqları və boru kəmərlərinin texniki xidməti sahəsində ən son həllərlə tanış olub. Eyni zamanda "Georg Fischer" şirkətinin mütəxəssisləri boru kəməri sistemlərinin davamlılığını və etibarlılığını təmin etmək üçün innovativ təcrübələri paylaşıblar. Təlim STP Şirkətlər Qrupunun iclas zalında, daha sonra isə "STP Polymer" şirkətinin istehsal sahəsində keçirilib.
Elmi-Texniki Seminar – 12 fevral: Proqramın ikinci günü təşkil olunan seminar sənayedə ən son tendensiyaların və innovativ həllərin müzakirəsi üçün platforma qismində təşkil olub. Tədbir iştirakçılarına "Georg Fischer" tərəfindən qaz və su paylama sistemləri üzrə qlobal təcrübələr haqqında, həmçinin bu sahədə tətbiq olunan yeni texnologiyalar haqqında məlumat verilib. Bundan əlavə, iştirakçılar elektrofüzyon qaynaq texnologiyasının və təzyiq sınaqlarının canlı nümayişlərini izləmək imkanını əldə ediblər. Seminar "Sea Breeze" kompleksində baş tutub.
"Georg Fischer" (GF) – 1802-ci ildə İsveçrədə yaranmış qlobal sənaye şirkətidir. GF üç əsas sektorda fəaliyyət göstərir: GF Piping Systems (boru kəməri həlləri), GF Casting Solutions (əritmə texnologiyaları) və GF Machining Solutions (müxtəlif emal həlləri). 100-dən çox ölkədə təmsil olunan GF dünyada öz sahəsində aparıcı şirkətlərdən sayılır.
STP Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən şirkətlərin bütün məhsul və xidmətləri haqqında ətraflı məlumatı *0990 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, rəsmi internet səhifəsinə daxil olaraq və ya sosial şəbəkələrdəki səhifələrimizi izləməklə əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
19 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
28 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























