2025-ci ilin Aqrar Biznes Festivalları başlayır - Aparıcı bankların tərəfdaşlığı ilə təşkil olunacaq
2025-ci ilin ilk Aqrar Biznes Festivalı fevralın 19-da İmişli rayonunda keçiriləcək.Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin bölgələrdə keçirdiyi Aqrar Biznes Festivalları cari ildən davam edəcək.
Mərkəzdən Marja-ya verilən məlumata görə, bu festivallar fermerlərin, kiçik və orta sahibkarların, kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalı ilə məşğul olan yerli və xarici şirkətlərin, eləcə də dövlət qurumlarının iştirakı ilə müxtəlif xidmət təklifi, innovativ məhsul və avadanlıqların əyani nümayişi şəklində həyata keçiriləcək. 2025-ci ildən bu festivallar ölkənin aparıcı banklarının tərəfdaşlığı ilə təşkil olunacaq.
Qeyd edək ki, ötən il Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin 12 iqtisadi rayonunu əhatə edən 33 rayonunda Aqrar Biznes Festivalları keçirilib. Sözügedən festivallarda 56 rayondan 17171 nəfər kənd təsərrüfatı məhsul istehsalçısı və emalçısı iştirak edib, fermerlərin maarifləndirilməsi istiqamətində aqrar sahənin prioritet sahələri üzrə ən qabaqcıl təcrübə və yeniliklərlə bağlı 32 təlim və 9 panel müzakirə təşkil olunub. Aqrar sahədə müasir innovativ yeniliklərin nümayiş olunduğu festivallar çərçivəsində bir sıra şirkət və fərdi sahibkar tərəfindən 6 milyon 125 min manat həcmində satış həyata keçirilib, həmçinin kredit yarmarkalarında 6 bank tərəfindən 1662077 manat dəyərində kredit verilib.
Cari ilin ilk Aqrar Biznes Festivalı 19 fevral tarixində İmişli “ASAN xidmət” mərkəzinin qarşısında keçiriləcək. Festival çərçivəsində müxtəlif xidmət və məhsulların nümayişi ilə yanaşı, maliyyə qurumlarının iştiraki ilə “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirələr təşkil olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 23 saat sonra
-
-
16 d. əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
41 d. əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərsun Holdinq” yerli xammaldan günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq
-
1 saat əvvəl
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir ®
-
2 saat əvvəl
“Fitch” Azərbaycan Mərkəzi Bankının islahatlarını yüksək qiymətləndirdi
-
2 saat əvvəl
Xəzər sahilində yerləşən hovuz və şəxsi qarajı olan villalar satışa çıxarılıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Ən çox oxunanlar
Azərbaycan nefti cüzi ucuzlaşıb
Qızılın qiyməti son 2 ayın yeni maksimum səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Kürdəmirdə “Bazarstore” açılır

























