CELT Tədris və İnkişaf Mərkəzi və Təhsilin İnkişafı Fondu əməkdaşlıq müqaviləsi imzaladı
CELT Tədris və İnkişaf Mərkəzi TələbəPlus-a qoşuldu.Uzun illər təhsil sahəsində yüksək keyfiyyətli və effektiv xidməti ilə tanınan CELT Tədris və İnkişaf Mərkəzi, 25 illik yubileyi münasibətilə tələbələrə yeni təhsil fürsətləri yaratmaq məqsədilə Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq müqaviləsi imzaladı.
Bu strateji tərəfdaşlıq ölkədə təhsilin inkişafına töhfə verməyi və gənclərin daha geniş imkanlar əldə etməsini hədəfləyir.
"TələbəPlus" Kartı və onun üstünlükləri
Yeni əməkdaşlıq çərçivəsində CELT Tədris və İnkişaf Mərkəzi "TələbəPlus" kartı layihəsinə qoşuldu. Bu unikal kart, tələbələrə CELT-in bütün xidmətlərinə 10% endirim, xaricdə təhsil üzrə konsaltinq xidmətlərinə isə 20% endirim qazandıracaq. Üstəlik, "TələbəPlus" kartı tələbələr üçün həm debet kartı, həm təqaüd kartı, həm də universitetə giriş-çıxış vəsiqəsi funksiyalarını yerinə yetirir.
Həmçinin, kart sahibləri elektronika mağazalarından tutmuş kitab mağazalarına, geyim və aksesuar dükanlarından kafe və restoranlara qədər müxtəlif məkanlarda eksklüziv endirimlər əldə edə biləcəklər. Bu da, öz növbəsində, tələbələrin gündəlik xərclərini optimallaşdıraraq, onların maliyyə yükünü azaltmağa kömək edəcək.
CELT Tədris və İnkişaf Mərkəzinin 25 İllik Təcrübəsi
2000-ci ildən bəri CELT Tədris və İnkişaf Mərkəzi minlərlə tələbəyə dəstək olaraq onların akademik və karyera inkişafına töhfə verib. Mərkəz İngilis dili, IELTS, SAT, Xaricdə təhsil proqramları, eləcə də Kanada və İngiltərə məktəbləri üzrə peşəkar xidmətlər təqdim edir.
CELT-in beynəlxalq standartlara uyğun təlim metodları və fərdi yanaşması, tələbələrə biliklərini daha effektiv mənimsəmək və xaricdə uğurlu təhsil almaq imkanı yaradır. Məzunlar dünyanın nüfuzlu universitetlərində təhsil almaq və karyeralarını beynəlxalq arenada qurmaq üçün bu fürsətdən istifadə edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
5 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
19 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
28 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama
























