“Dövlətin maliyyə mexanizmləri” mövuzusunda panel müzakirə keçirilib
Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə İmişli rayonunda keçirilən Aqrar Biznes Festivalı çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda geniş tərkibdə panel müzakirə təşkil edilib.
Mərkəzdən Marja-ya verilən məlumata görə, müzakirənin əsas məqsədi fermer və sahibkarlara kənd təsərrüfatı sahəsində mövcud maliyyə mexanizmləri, güzəştli kredit imkanları və dövlət dəstəyi barədə məlumatlandırma və maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək olub.
Panel müzakirə çərçivəsində kənd təsərrüfatı sahəsinə dövlət dəstəyi, güzəştli kreditlər, aqrar sığorta imkanları və digər maliyyə alətləri barədə çıxışlar edilib.
Paneldə Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və Aqrar Sığorta Fondunun mütəxəssisləri tərəfindən fermerlərə təqdim olunan dəstək mexanizmləri barədə, o cümlədən onların müraciət prosedurları, kredit şərtləri və sığorta proqramları haqqında ətraflı məlumat verilib.Həmçinin panel çərçivəsində Rabitəbank, Unibank, Yelo Bank, FİNCA BOKT kimi aparıcı bank və maliyyə təşkilatlarının nümayəndələri spiker qismində çıxış edərək, fermerlər və sahibkarlar üçün mövcud kredit məhsulları və maliyyə xidmətləri barədə məlumatlar veriblər.
Müzakirə zamanı fermer və sahibkarlar öz suallarını ünvanlayıb, kənd təsərrüfatı sektorunda maliyyələşmə ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bank və maliyyə qurumlarının nümayəndələri kredit müraciətləri, faiz dərəcələri və maliyyələşmə mexanizmləri barədə ətraflı məlumat verərək, sahibkarlara texniki dəstək göstəriblər.
İmişli rayonunda keçirilən panel müzakirə fermerlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində atılan addımların effektivliyini artırmağa xidmət edib.
Qeyd edək ki, Aqrar Biznes Festivalı çərçivəsində keçirilən “Kredit yarmarkası”nda fermerlər və sahibkarlarla bank və kredit təşkilatlarının nümayəndələri arasında görüşlər keçirilib, tərəflər arasında potensial əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tərəfindən bölgələrdə keçirilən Aqrar Biznes Festivalları davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
22 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
31 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























