Azərbaycanda sosial-mədəni xidmət növü müəyyənləşir
Çətin həyat şəraitində olan bütün şəxslər günərzi sosial xidmətlərlə əhatə olunacaqSosial-mədəni xidmət növü müəyyənləşir.
Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırkı qanunvericilik aktında asudə vaxtının səmərəli təşkil olunması yalnız sosial-pedaqoji xidmətin tərkibində göstərilib. Sosial-pedaqoji xidmətdə isə yalnız yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklərin və davranışındakı pozuntuların profilaktikasına nəzərdə tutulduğundan, digər kateqoriyadan olan çətin həyat şəraitində olan şəxslərin bu xidmətdən istifadə etməsi mümkün olmur. Qeyd olunanları nəzərə alaraq qanuna yeni – sosial-mədəni xidmət növü əlavə edilməsi təklif olunur.
Qeyd edilib ki, sosial-mədəni xidmətlər şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtın səmərəli təşkil olunmasına yönəlib. Bu xidmət növünün əlavə olunması çətin həyat şəraitində olan şəxslərə göstərilən xidmətlərin təkmilləşməsinə, beynəlxalq standartlara uyğunlaşmasına gətirib çıxarır. Bu xidmət növünün əlavə edilməsi bu xidmətdən çətin həyat şəraitində olan bütün kateqoriyadan olan şəxslərin istifadəsinə imkan yaradacaq.
Çətin həyat şəraitində olan bütün şəxslər günərzi sosial xidmətlərlə əhatə olunacaq
Çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri sırasına sosial işçilərin və sosial xidmətçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq daxil edilir.
Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, yarımstasionar (günərzi) sosial xidmət yalnız özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və əlilliyi olan şəxslərə, o cümlədən çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayanlara göstərilir.
Layihəyə əsasən, yarımstasionar (günərzi) sosial xidmət çətin həyat şəraitində olan şəxslərə, o cümlədən özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara və 18 yaşından yuxarı əlilliyi olan şəxslərə gündüz və ya gecə vaxtlarında sosial-məişət, tibbi-sosial, sosial-mədəni və bu Qanunla müəyyən edilmiş digər xidmətlərin göstərilməsindən, onların münasib əmək fəaliyyətinə cəlb olunmasından ibarətdir. Başqa sözlə, təklif olunan dəyişiklik nəticəsində çətin həyat şəraitində olan bütün şəxslər (ailələr) yarımstasionar (günərzi) sosial xidmətlərlə əhatə olunacaq və yarımstasionar (günərzi) sosial xidmətdən daha geniş əhali kateqoriyasının istifadə etməsinə şərait yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
7 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
4 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
23 d. əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
32 d. əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Plan məqbuldur, səbəbsiz rədd etsələr, məsuliyyət ABŞ-ın üzərinə düşəcək
-
1 saat əvvəl
İran: Hörmüz boğazının açılması üçün şərtlərimiz yerinə yetirilməlidir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranın sülh təklifini rədd etdi, “Brent” nefti 2 faizdən çox bahalaşdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm
Qızılın qiyməti bazar ertəsi 2%-dən çox düşüb
Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama



























