ING: "Moody’s" Azərbaycana investisiya reytinqi verə bilər
"Moody’s" Azərbaycanın kredit reytinqini artıra bilər.
Bunu Niderlandın ən böyük maliyyə korporasiyası olan "ING Group" proqnozlaşdırıb.
ING hesab edir ki, ticarət və büdcə profisitinin zəifləyəcəyi gözlənilsə belə, əhəmiyyətli valyuta ehtiyatları və məhdud xarici maliyyələşmə ehtiyacları fonunda ölkənin kredit əsasları güclüdür. Azərbaycanın reytinqləri investisiya səviyyəsinə (IG) doğru irəliləyir: "Fitch" keçən ilin iyul ayında reytinqi BBB- səviyyəsinə qaldırıb, Moody’s isə müsbət proqnoz verib. Bu isə rəsmi reytinqlərin bazar qiymətləndirmələri və qiymətləri ilə uyğunlaşmasına gətirib çıxarmalıdır. Biz hesab edirik ki, Moody’s bu il reytinqi artıra bilər, bu da Azərbaycana ikinci investisiya səviyyəli reytinqi qazandıracaq və ümumi reytinqi investisiya səviyyəsinə çatdıracaq".
ING əlavə edib ki, Ermənistanla sülh razılaşmasına doğru irəliləyiş bazarlarda bir qədər müsbət təsir yaradıb, lakin hazırda Azərbaycan istiqrazlarının spredləri BBB reytinqli digər dövlətlərlə müqayisədə artıq cəlbedici görünmür: "Hökumətin yeni avrobond (Eurobond) buraxması ehtimalı azdır".
Qeyd edək ki, "Fitch Ratings" və "S&P Global Ratings" reytinq agentlikləri üzrə BBB- və yuxarı kredit reytinqi investisiya dərəcəsi hesab edilir. "Moody’s isə Baa3 və yuxarı reytinqi investisiya dərəcəsi hesab edir. İnvestisiya reytinqinin verilməsi o deməkdir ki, Azərbaycan beynəlxalq maliyyə bazarlarında daha etibarlı borcalana çevrilir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























