Çindən yeni dollar qərarı
Reuters agentliyinin məlumatına görə, Çin Xalq Bankı (Mərkəzi Bank) dövlət banklarından dollar alışını azaltmağı xahiş edib. Həmçinin, Böyük banklara müştəriləri üçün dollar alış sifarişlərini yerinə yetirərkən nəzarəti gücləndirmələri tövsiyə olunub. Məlumata görə, Çinin mərkəzi bankı yuanın kəskin ucuzlaşmasına imkan verməyəcək.Çin Xalq Bankı (PBOC, mərkəzi bank) böyük dövlət banklarından ABŞ dolları alışlarını azaltmağı xahiş edib.
Marja xəbər verir ki, bu barədə "Reuters" agentliyi məsələ ilə bağlı bilavasitə məlumatı olan insanlara istinadən məlumat yayıb.
PBOC bu həftə dövlət banklarına təlimat göndərərək, onlardan şəxsi hesabları üçün ABŞ dolları almağı azaltmağı xahiş edib.
Həmçinin, böyük banklara müştəriləri üçün dollar alışı sifarişlərini yerinə yetirərkən nəzarəti artırmaq tövsiyə edilib. Mənbələrdən biri qeyd edib ki, mərkəzi bank spekulyativ ticarəti cilovlamaq istəyir.
Bu göstəriş, ABŞ-ın Çin ixracatına tətbiq etdiyi kütləvi tariflərdən və Pekinin cavab addımlarından sonra yuanın ağır eniş təzyiqi ilə üzləşdiyi bir vaxtda verilib.
Böyük dövlət bankları yuanın ucuzlaşmasını yavaşlatmaq üçün çərşənbə günü "onshore" bazarında aqressiv şəkildə dollar satıb, yuan alıblar.
Məlumata görə, PBOC, tariflərin ixraca və daha geniş iqtisadiyyata təsirini yumşaltmaq üçün yuanın kəskin devalvasiyasına əl atmayacaq.
Çinin yuanı bu ay indiyə qədər təxminən 1,3% dəyər itirib və çərşənbə günü bir dollar üçün 7,35 səviyyəsində olub. Ofşordakı yuan isə bir gecədə rekord minimuma çatıb.
"Çinin mərkəzi bankı ixraca və geniş iqtisadiyyata tətbiq edilən tariflərdən gələn zərbəni yumşaltmaq üçün yuanın devalvasiyasına əl atmayacaq",- üç siyasət müşaviri və mərkəzi bankın düşüncələri ilə tanış olan başqa bir bankir "Reuters" agentliyinə bildiriblər.
“Kəskin ucuzlaşma baş verməyəcək, çünki bu, bazarın inamına zərbə vura bilər, lakin cüzi ucuzlaşma ixraca kömək edəcək”, - siyasət məsləhətçilərindən biri bildirib.
"Biz həmçinin subsidiyalar, vergi güzəştləri və ya bazarın diversifikasiyası vasitəsilə əsas müəssisələrə kömək etməliyik", -mənbələrdən biri əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 4 gün sonra
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
- 1 gün əvvəl
-
1 gün əvvəl
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Tesla Texasda 3 milyard 100 milyon dollarlıq polisilikon zavodu qurmağı planlaşdırır
Energetika Nazirliyi və “ROX Group” Azərbaycanda iki enerji layihəsi üzrə müqavilə imzalayıblar
Neft-qazdan külək və Günəş enerjisinədək – Azərbaycan və Vyetnam prezidentləri enerji əməkdaşlığını müzakirə ediblər
Ən çox oxunanlar
“GTA 6” satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
“AzerGold” da qiymətlərə endirim etdi - qızıl külçələr 10,49 faizədək, gümüş külçələr 44,17 faizədək ucuzlaşıb
Azərbaycan neftinin son qiyməti
Çipsi və qazlı içkilər üçün aksiz təklif olunur - İstehsalçılar verginin təxirə salınmasını istəyirlər
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Bakıda 40-dan çox startap 50 min dollar uğrunda yarışacaq




















