FAB məhsulları “TURKEYBUILD 2025” şərgisində maraqla qarşılanıb - FOTO/VİDEO
FAB Şirkətlər Qrupu Rusiya bazarından sonra Türkiyə, Yaxın Şərq və Şimali Afrika ölkələrinə genişmiqyasli ixtaca hazırlaşır.(®) Azərbaycanın aparıcı inşaat şirkəti kimi tanınan FAB Şirkətlər Qrupu “TURKEYBUILD 2025” inşaat sərgisi çərçivəsində uğurlu iştirak ilə yadda qalıb.
Şirkətin yaydığı məlumatda bildirilir ki, FAB stendində nümayiş olunan inşaat materialları yerli və xarici ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. FAB Şirkətlər Qrupununun yenilikçi yanaşması, məhsul çeşidinin zənginliyi və yüksək keyfiyyət standartları sərgi iştirakçılarının diqqətini cəlb edib.
Sərgi müddətində FAB nümayəndə heyəti bir sıra beynəlxalq distributor və tərəfdaşlarla görüşlər keçirib. Məhsulların yeni bazarlara çıxarılması, ixrac potensialının artırılması və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd edilib ki, FAB Şirkətlər Qrupu Rusiya bazarından sonra Türkiyə,Yaxın Şərq və Şimali Afrika ölkələrinə genişmiqyasli ixtacata hazırlaşır.
"Bu bir daha sübut edir ki, FAB yalnız Azərbaycan bazarında deyil, beynəlxalq platformalarda da etibarlı brend kimi tanınmağı, inşaat sektorunda davamlı inkişaf strategiyasını uğurla həyata keçirir",- məlumatda bildirilir.
“Turkeybuild 2025” inşaat sərgisi 16-19 aprel tarixləri arasında davam edəcək. Builki sərgidə 125 ölkənin inşaat sektoru üzrə məhsul və xidmət təklif edən yüzlərlə brendi təmsil olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
3 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
13 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 56 d. əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm




























